AzTU-da "Avro 2020"nin Könüllülər Proqramının təqdimatı keçirilib Təhsil » AzTU 18 октября 2019 Futbol üzrə "Avro 2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə ali məktəblərdə Könüllülər Proqramının təqdimatını keçirir. 2019-cu il oktyabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) bu məqsədlə Könüllülər Proqramının təqdimatı keçirilib.Tədbirdə iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında təqdimatın 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Gününə təsadüf etdiyini qeyd edərək ölkənin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən danışıb və bu nailiyyətlərin nəticəsi olaraq Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etməsini diqqətə çatdırıb.Tədbirdə "Avro 2020" Təşkilat Komitəsinin nümayəndələri - Azərbaycan üzrə Könüllülər Proqramının rəsmi səfiri Taleh Yüzbəyov və proqramın meneceri Yusif Vəliyev iştirak edib.Nümayəndələr tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.350-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat keçirilib.Nümayəndələr "Avro 2020" çempionatının Könüllülər cəmiyyətinə üzv olmağı tələbələrə tövsiyə ediblər. Tədbirdə Könüllü olmaq üçün qayda və şətləri əks etdirən videoçarx da nümayiş olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.