Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları AzTU tələbələrinə seminar keçirib Təhsil » AzTU 16 октября 2019 2019-ci il Oktyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları universitetin iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrinə “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda seminar keçiriblər.Nümayəndələri tələbələrə təqdim edən AzTU-nun prorektoru, professor İsa Xəlilov Azərbaycan Respublikasının Prezidentinin 06.12.2016–ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində maliyyə və iqtisadiyyat sahəsində tələbələrin maarifləndirilməsi məqsədilə seminar və təlimlər davamlı həyata keçirilir.Palatanın əməkdaşları dünyada və Azərbaycanda kapital bazarları, səhm bazarları, bazarlardan maliyyələşən qiymətli kağızlar, ticarəti və bu bazarlara nəzarətin necə qurulması haqqında tələbələrə ətraflı məlumat veriblər.Əməkdaşların kapital bazarlarında investisiya xidmətləri, risqlər və strategiya mövzularında çıxışlarını tələbələr maraqla dinləyiblər.Tədbir diskussiya formasında keçirilib və qonaqlar tələbələri maraqlandıran bütün sualları cavablandırıblar.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.