AzTU–da yeni tədris ilinin qəbul nəticələri ilə bağlı iclas keçirilib Təhsil » AzTU 29 августа 2019 2019-cu il Avqustun 29-da Azərbaycan Texniki Universitetində (AzTU) yeni tədris ilinin qəbul nəticələri ilə bağlı iclas keçirilib. İclasda bu ilin qəbul nəticələri və qarşıda duran problemlər müzakirə edilib.AzTU-nun rektoru, professor Vilayət Vəliyev çıxışında universitetdə həyata keçiriləcək islahatlardan, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün görüləcək işlərdən, qarşıda duran hədəflərdən danışıb. O, elmi-tədqiqat işlərinin və təhsilin səviyyəsinin yüksəldilməsinin, maddi-texniki bazanın yaxşılaşdırılmasının, təhsildə və idarəetmədə informasiya texnologiyalarının rolunun gücləndirilməsinin vacibliyini bildirib.İclasda Universitetin fəaliyyət istiqamətlərinə müvafiq fakültə və universitetlərarası əlaqələrin qurulması və inkişaf etdirilməsini nəzərdə tutan böyük layihə və elmi-tədqiqat istiqamətlərinin yaradılması, Universitet–Dövlət–Sənaye işbirliyinin formalaşdırılması əsas hədəflər kimi fərqləndirilib. Bu əsasda tələbələrin əmək bazarına inteqrasiyasının vacibliyi vurğulanıb.Sonda rektor universitetdə neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması üçün iclas iştirakçılarına müəyən tövsiyə və tapşırıqlarını verib.İclasda universitetin prorektorları, dekanları və AzTU-nun nəzdində yerləşən kolleclərin rəhbərləri iştirak edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.