AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub Təhsil » AzTU 11 июня 2019 2019-cu il İyunun 11-də Azərbaycan Texniki Universitetində (AzTU) yay imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.İştirakçılar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar.AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Prorektor qeyd edib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri həmin sistemdə qeydə alınır. Test imtahanlarında tələbə nəticələrini cavabları təsdiq etdikdən sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır.Professor İsa Xəlilov imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyasının təşkil olunduğunu bildirib. Bu komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.Qeyd edilib ki, AzTU-da yay imtahan sessiyasında 6074 nəfər tələbə iştirak edir. Bunlardan 5100 nəfəri bakalavr əyani, 260 nəfəri bakalavr qiyabi, 320 nəfəri magistr, 93 nəfəri əcnəbi tələbə, 282 nəfəri isə V tədris ilinə qalanlardır. Universitetin SABAH qruplarından builki imtahanlarda 19 tələbə iştirak edəcək. İmtahanların 25%-i yazılı, 75%-i isə test üsulu ilə keçiriləcəkdir.Sonda təhsil ekspertləri, media nümayəndələri və valideynlər universitetin “Heydər Əliyev” mərkəzində toplanıblar. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.