AzTU-da “Startapa necə başlamalı – iqtisadi, hüquqi və təşkilati əsasları” mövzusunda seminar keçirilib Təhsil » AzTU 1 марта 2019 2019-cu il Martın 1-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı və Vergilər Nazirliyinin dəstəyi ilə AzTU tələbələrinə “Startapa necə başlamalı” mövzusunda seminar keçirilib.ZiM.Az xəbər verir ki,AzTU-nun prorektoru, professor İsa Xəlilov qonaqları salamlayıb və seminarın mövzusu haqqında iştirakçılara məlumat verib. Seminarın əhəmiyyətinə diqqət çəkən prorektor, son zamanlar ölkəmizdə startap mühitinin formalaşdırılması və inkişafı üçün görülən işlərdən, qanunvericilikdə edilən dəyişikliklərdən danışıb. İİTKM-in koordinatoru, “Enterprise Azərbaycan” portalının rəhbəri Aytən Məmmədova təqdimatla çıxış edərək, gənclərə, startapçılara və biznes ideyası olan hər kəsə İİTKM tərəfindən təklif olunan dəstəkdən danışıb. Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov startapçılar üçün vergi qanunvericiliyində verilən imtiyazlardan danışıb. “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov “Azexport.az”ın uğurlarından, həmçinin bu portalın ölkəmiz üçün əhəmiyyətindən danışıb və tərəfdaş olduqları “Amozonla qazan” layihəsi haqqında məlumat verib.Bundan əlavə, seminarda “British Council”ın “Kreativ qığılcım” layihəsinin gənclərə yaratdığı unikal imkanlardan da danışılıb.Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və tələbələrin sualları qonaqlar tərəfindən cavablandırılıb.Sonda seminarın infoqramının əks olunduğu tablo universitetə hədiyyə edilib və tələbələrə İİTKM tərəfindən sertifikatlar təqdim olunub.Maral SULTANQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.