AzTU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramına həsr olunmuş tədbir keçirilib Təhsil » AzTU 30 декабря 2018 2018-ci il dekabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il Bayramı" münasibətilə möhtəşəm bir tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.Tədbirdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov həmrəylik gününün tarixindən, əhəmiyyətindən danışıb, bütün professor-müəllim heyətini və tələbələri qarşıdan gələn 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.Sonra Millət vəkili, AzTU-nun İqtisadi Nəzəriyyə və Xidmət Sahələrinin İqtisadiyyatı kafedrasının müdiri, professor Rüfət Quliyev Həmrəyliyin önəmi və vacibliyi barəsində danışıb. THİK-nin sədr müavini Eyvaz Məhəmmədli də tələbələrə Həmrəyliyin önəmindən bəhs edib və ölkəmizin daha da güclənməsi üçün Azərbaycan gənclərinin Cənab Prezidentin ətrafında həmrəy olaraq birləşdiyini və bundan sonrada da daha sıx birləşəcəyini qeyd edib.Tədbirdə universitetin ictimai işlərində fəal iştirak edən tələbələrə AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi (GVİİM) tərəfindən Fəxri Fərman, Diplom və Təşəkkürnamələr təqdim olunub.Tədbir Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin Bədii öz fəaliyyət kollektivinin hazırladığı maraqlı bayram konserti ilə yekunlaşıb. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.