AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır Təhsil » AzTU 6 ноября 2015 AzTU-dan "Ziya" qəzetinin Baş redaktoru Müşfiq Borçalı ZiM.Az-a bildirmişdir ki, Noyabrın 6-da Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin rəhbəri Choi Yonjae Azərbaycan Texniki Universitetində olmuş və universitetin rektoru, Əməkdar Elm xadimi, professor Havar Məmmədovla görüşmüşdür. Rektor KOİCA ilə əməkdaşlığın müsbət nəticələrindən danışmış və yeni layihə ilə bağlı fikirlərini bildirmişdir.Söhbət zamanı KOİCA ilə AzTU arasındakı əlaqələrin inkişaf etdirilməsinin perspektivləri, Texniki Ali təhsil üzrə innovativ təlim texnologiyalı elmi, təşkilati və tədris-metodiki infrastrukturunun təşkili sahəsində yeni layihənin hazırlanması ilə bağlı müzakirələr aparılaraq ilkin razılıq əldə edilmişdir. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.