AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olubAzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub 2018-ci il Sentyabrın 26-da Azərbaycan Texniki Universiteti (AzTU) Elmi Şurasının növbəti iclası keçirilib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov
əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

İclasda universitetin Tədris hissə müdiri Zəkay Şayevin “Yay imtahan sessiyasının nəticələri və tədrisin müasir səviyyədə təşkili yolları” və “2018-ci ildə AzTU-ya tələbə qəbulunun yekunları” mövzularında məruzələri dinlənilib.

Məruzələr iştirakçılar tərəfindən müzakirə edilərək qənaətbəxş hesab edilib.

Daha sonra universitetdaxili digər məsələlər müzakirə olunub.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: