AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olubAzTU Elmi Şurasının növbəti iclası olubAzTU Elmi Şurasının növbəti iclası olubAzTU Elmi Şurasının növbəti iclası olubAzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub 2018-ci il Aprelin 3-də Azərbaycan Texniki Universiteti
Elmi Şurasının
növbəti iclası
keçirilib.


İclası AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov açıb. O, əvvəlcə universitetin “Kimya” kafedrasının professoru Fikrət Babayevə Təhsil Nazirliyinin əmrinə əsasən yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 75 illik yubileyi münasibəti ilə verilən Fəxri Fərmanı
təqdim edib.

Sonra rektor əvəzi universitetin “Xüsusi texnologiyalar və avadanlıqlar” kafedrasının müdiri, professor
Ələkbər Hüseynov
a, Azərbaycan Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarına əsasən Azərbaycan Mühəndislik Akademiyasının üzvü seçilməsinə dair diplomu təqdim edib.

Professor Xalıq Yahudov onları elmi-pedaqoji fəaliyyətlərinin
yüksək qiymətləndirilməsi
münasibəti ilə təbrik edib,
hər ikisinə gənc nəslin
tərbiyə edilməsində
yeni-yeni uğurlar arzulayıb.

Sonra professor
Xalıq Yahudov
iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

Elmi Şuranın katibi, professor Ziyafət Kərimov universitetdə bakalavr buraxılış işləri və magistr dissertasiyalarının müasir texnologiyaların tələblərinə uyğun yerinə yetirilməsinin vəziyyəti haqqında çıxış edərək araşdırma komissiyasının bununla bağlı təklif və iradlarını
iştirakçılara çatdırıb.

Daha sonra kafedralarda
boş olan dosent vəzifələrini tutmaq üçün müsabiqəyə təqdim olunan namizədlərin sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi haqqında məlumat verilib və Elmi Şura üzvləri təqdim olunan namizədlərə gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.

AzTU tələbələri arasında sağlam rəqabət mühiti yaratmaq məqsədi ilə
I və II kurslar arasında keçirilən
“Ən yaxşı qrup” müsabiqəsində
Qış imtahan sessiyasında ən yüksək göstərici əldə edən qruplar müəyyənləşdirilib və bal göstəricilərinə əsasən universitetin Elmi Şurasının qərarı ilə I, II və III yerlərin qalibləri elan ediliblər.

İclasda qaliblərə
Diplom
Fəxri Fərmanlar
təqdim edilib.

ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: