AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib AzTU, İdman 19 декабря 2017 2017-ci il Dekabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə Azərbaycanın dünyaca məşhur idmançıları ilə tələbələrin görüşü keçirilib.İdmançıları əvvəlcə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qəbul edib, onların nailiyyətləri ilə fəxr etdiyini vurğulayıb. Görüşdə rektor universitetin yeni təmir olunmuş idman sarayından və AzTU-nu təmsil edən idmançı tələbələrdən söz açıb.Sonra idmançılar rəhbərliklə birlikdə AzTU-nun Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, eləcə də Onun Azərbaycan Texniki Universitetinə səfərini, universitetin gücləndirilməsi üçün gördüyü işləri əks etdirən foto stendlərlərə tanış olublar.Görüş universitetin akt zalında davam edib. Tələbələr idmançıları alqışlarla qarşılayıb. Dünyada məşhur olan idmançıları tələbələrə təqdim edən AzTU-nun prorektoru, professor İsa Xəlilov idmanın inkişafına dövlət qayğısından danışıb və Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını qeyd edib. Prorektor görüşdə iştirak edən idmançıların nailiyyətlərindən danışaraq, onların Azərbaycanın fəxri olduqlarını, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdıqların bildirib. Daha sonra görüşdə iştirak edən idmançılarımızdan - Parolimpiya oyunları üzrə 2 qat dünya çempionu İlham Zəkiyev, Güləş üzrə milli yığma komandanın baş məşqçisi Firdovsi Umudov, Cu-çitso Federasiyasının vitse-prezidenti Seymur Səfərov, Dünya və Avropa çempionu Rəsul Çunayev, 3 qat dünya çempionu Hacı Əliyev, Dünya və Avropa çempionu, I Avropa Oyunları çempionu Cəbrayıl Həsənov, 2 qat Azərbaycan çempionu Kamran Şahsuvarlı və b. çıxışlarında çətinliklə əldə olunan nailiyyətlərindən danışıblar. Sonda isə onların tələbələrlə görüşünə şərait yaradan AzTU rəhbərliyinə təşəkkür ediblər.Görüşün sonunda idmançılar tələbələri maraqlandıran sualları cavablandırıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.