AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib Təhsil » AzTU 28 декабря 2017 2017-ci il dekabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açılıb.ZiM.Az xəbər verir ki, tədbirdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğunu bildirib. Müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan Xalıq Yahudov Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. X.Yahudov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə müəllim və tələbələri təbrik edib. AzTU-nun Maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranmasından, dünya azərbaycanlılarının həmrəy olması üçün bu bayramın əhəmiyyətindən və rəhbərlik etdiyi fakültənin son nailiyyətlərindən, xüsusilə də beynəlxalq əlaqələrindən danışıb.Universitetin Radiotexnika və rabitə fakültəsinin tələbəsi Elnarə Əkbərzadə isə çıxışında bildirib ki, Azərbaycan gəncləri ölkəmizin daha da güclənməsi üçün həmrəylik missiyasını layiqincə davam etdirirlər. Tədbirdə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrə AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin sertifikatı və müxtəlif hədiyyələri təqdim olunub.Daha sonra tələbələrin hazırladığı maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tələbələr muğam, müasir və klassik estrada nümunələri və xarici mahnılar ifa ediblər.Maral SULTANQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.