AzTU-nun rektor əvəzi Xalıq Yahudov İstanbulda keçirilən seminarda iştirak edib AzTU, Turan 2 ноября 2017 Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Türkiyənin İstanbul Universitetində keçirilən “Türkiyə və Azərbaycan ali təhsil sistemləri çərçivəsində əməkdaşlıq imkanları: Ortaq proqramlar” adlı seminarda iştirak edib.AzTU ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Mühəndislik Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları da seminarda iştirak ediblər. Seminardan əvvəl İstanbul Universitetinin (İU) rektoru, professor Mahmut Akla görüş keçirilib və universitetin rektorluk binasına gəzinti təşkil olunub.Seminarın açılışı günü İU-nun rektoru Mahmut Ak və Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev çıxış edərək hər iki ölkənin təhsil sahəsindəki əlaqələrinin genişləndirilməsi imkanlarından və bu əməkdaşlığın uğurlu nəticələrindən danışıblar.Seminarda Azərbaycan universitetlərinin rektorları da çıxış ediblər.Daha sonra Azərbaycan heyəti səfər çərçivəsində İstanbul Universitetini, fənn laboratoriyalarını, auditoriyaları, universitetin nadir əsərlər kitabxanasını gəzib, İstanbulun görməli yerlərinə baş çəkib, Ayasofya Müzeyini, Sultanəhməd məscidini və İstanbulun digər tarixi yerlərini ziyarət ediblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.