AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmuş tədbirdə iştirak ediblər Təhsil » AzTU 23 октября 2017 Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 20 Oktyabr Energetiklər gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib. Tədbirdə AzTU və ADNSU-nun müəllim və tələbə heyəti, Qobustan rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət ediblər.Daha sonra qonaqlar Qobustan Hibrid Elektrik Stansiyasının ərazisini gəzib, avadanlıqlarla tanış olublar. “20 Oktyabr Energetiklər günü”nə həsr olunmuş “Prezident İlham Əliyev Azərbaycanda alternativ enerji mənbələrindən istifadə strategiyasının müəllifidir” mövzusunda “Dəyirmi masa”-da diskussiyalar olub.Sonra Prezident İlham Əliyevin Mərkəzin açılışında iştirakını əks etdirən sənədli film nümayiş olunub. Dövlət Agentliyi Enerjinin istehsalı şöbəsinin müdiri dosent Fəzahir Süleymanovun çıxışından sonra, AzTU-nun “Elektrotexnika və energetika” fakültəsinin dekan müavini, dosent Sabir Bağırov və ADNSU “Energetikanın problemləri” ETL-in müdiri Fuad Məmmədov çıxış ediblər.Çıxışlarda Ümummilli liderin Azərbaycan Energetikasına verdiyi töhfələrdən və alternativ enerjidən istifadənin əhəmiyyətindən danışılıb.Murad RZAYEV,AzTU-nun IV kurs tələbəsi,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.