Bakıda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” öz işinə başlayıb Təhsil » AzTU 16 сентября 2017 2017-ci il sentyabrın 11-də Bakıda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” (ISMMS-2017) öz işinə başlayıb.Zim.Az xəbər verir ki, tədbir Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU), Maşın və Mexanizmlər Elmi üzrə Beynəlxalq Federasiya (IFToMM), IFToMM-un Azərbaycan Beynəlxalq Komitəsi, İzmir Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilir.İştirakçılar iclasdan əvvəl AzTU-da yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar.AzTU-nun rektor əvəzi Xalıq Yahudov maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpoziumun hər il IFToMM tərəfindən federasiyaya üzv olan müxtəlif ölkələrdə keçirildiyini bildirib.X.Yahudov qeyd edib ki, federasiya 1969-cu ildə Mexanizmlər və Mexanika Nəzəriyyəsinin inkişafı üzrə Polşada keçirilən ikinci dünya konqresində təsis olunub. IFToMM-un əsas məqsədi maşın və mexanizm nəzəriyyəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Simpozium hər il IFToMM tərəfindən üzv ölkələrdə keçirilir. Federasiya 1969-cu ildə yaradılıb. 1995-ci ildə Federasiyanın Baş Assambleyası Azərbaycan Komitəsini təsdiq edib. Azərbaycan Komitəsi elmi qurum olaraq Azərbaycan Texniki Universitetinin nəzdində yaradılıb.Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov simpoziumda maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların elmi işlərinin təqdim ediləcəyini bildirib. Bildirilib ki, simpoziumun proqramında 53 məruzə nəzərdə tutulub. Məruzələrin böyük əksəriyyətini Almaniya, İtaliya, Hindistan, Avstraliya, Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrin alimlərinin elmi məqalələri təşkil edir. Qəbul olunmuş bütün məqalələr “Mashine Science” (İSSN 2227 – 6912) elmi jurnalında, həmçinin simpoziumun elmi əsərlərində (İSBN), seçilmiş məqalələrin korreksiya olunmuş versiyaları isə IFToMM-un elmi jurnallarında dərc olunacaq.Sonra ABŞ-ın Stanford Universitetinin alimləri Bernard Rut və Ousama Katib, həmçinin AzTU-nun kafedra müdiri, IFToMM-un Azərbaycan Komitəsinin sədri, professor Rasim Əlizadə robot texnikası üzrə elmi məruzələrlə çıxış ediblər.Simpoziumun işi sentyabrın 14-dək “Manipulytorlar və robotlar”, “Mexanizmlərin kinematikası və sintezi”, “Maşınların dinamikası” və “Nəqliyyat vasitələri” bölmələrində davam edib.Zim.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.