AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə və əməkdaşlarla görüşüblər Təhsil » AzTU 2 июня 2017 2017-ci il İyunun 2-də Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Komitəsinin hüquq şöbəsinin aparıcı mütəxəssisləri Azərbaycan Texniki Universitetində tələbə və əməkdaşlarla görüşüblər.Görüşdə mütəxəssislər ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişdə nəzərdə tutulan qaydalarla iştirakçıları tanış ediblər.Bağlanmış müqavilədə əsasən əmək hüquqlarının qorunması və əmək müqaviləsinin bağlanması şərtləri nəzərdə tutulub. Əgər bu şərtlər müəssisə tərəfindən pozularsa ATİAHİ öz həmkarlarını bağlanmış müqavilə əsasında müdafiə edir. Eyni zamanda Kollektiv Sazişə əsasən bağlanmış kollektiv və əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə müəssisələrin həmkarlar ittifaqı komitələri nəzarət edir.Mütəxəssislər çıxışlarında bildiriblər ki, AzTU-da araşdırmalar zamanı müəyyən edilib ki, işçilər arasında əmək müqavilələrinin bağlanması, iş rejiminin və əmək normalarının düzgün təşkili, işçilərin istirahət və məzuniyyət günlərinin Qanunvericiliyə uyğun verilməsi və dərs bölgüsü zamanı heç bir qanun pozuntusuna yol verilməyib.Tədbirdə ATİAHİ Respublika Komitəsinin hüquq şöbəsinin aparıcı mütəxəssisləri, AzTU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov, universitetin THİK-nin sədri Elvin Bəxtiyarlı və tələbələr iştirak edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.