IV İslam Həmrəyliyi oyunları ölkəmizə böyük siyasi dividendlər qazandıracaq AzTU, İdman 10 марта 2017 2017-ci il Martın 10-da Azərbaycan Respublikası-nın Prezidenti yanında Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüblər.AzTU-da reallaşan görüşdə Universitetin prorektoru İsa Xəlilov İslam Həmrəyliyi Oyunlarının önəmindən danışaraq bildirib ki, bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin birbaşa təbliğinə geniş imkan yaradacaq. Prorektor AzTU-nun tələbələrinin ölkənin ictimai-siyasi həyatındakı fəallığına diqqət çəkərək qeyd edib ki, oyunların açılış-bağlanış mərasimində bu ali təhsil ocağının 420 tələbəsi iştirak edəcək. Bundan əlavə, əməliyyat könüllüsü kimi də 323 tələbə səfərbər olacaq.Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq IV İslam Həmrəyliyi Oyunlarının müsəlmanların həmrəyliyi ilə yanaşı,islamın başqa dinlərlə dialoqu baxımından da çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, oyunlar zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olacaq və ölkəmiz bu yolla böyük siyasi dividend qazanacaq.Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva çıxış edərək bütün təşkilati məsələlərin həll olunduğunu bildirib. O, qeyd edib ki, I Bakı Avropa Oyunlarında qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi İslam Həmrəyliyi Oyunlarında daha mütəşəkkil və daha mötəbər olacaq. Təşkilat Komitəsinin katibi onu da diqqətə çatdırıb ki, 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı oyunların 2017-ci il mayın 22-də başlayacağı nəzərdə tutulub.Sonda ölkəmizdə idmana göstərilən qayğı, yaradılan idman infrastrukturu ilə yanaşı, Azərbaycanın görməli, tarixi məkanlarının əks olunduğu videoçarx nümayiş olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.