AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib Təhsil » AzTU 7 марта 2017 2017-ci il martın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AzTU-nun rektor əvəzi Xalıq Yahudov açaraq bu əlamətdar gün münasibəti ilə universitetdə çalışan qadınları kollektiv adından təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Xalıq Yahudov qeyd edib ki, hazırda universitetdə 612 qadın əməkdaş çalışır və 1830 tələbə qız texniki elmlərin əsaslarına yiyələnir.Rektor əvəzi onu da vurğulayıb ki, pedaqoji kollektivin üzvü olan qadınlar bu gün universitetin ictimai həyatında fəal iştirak edir, tədris prosesinin təkmilləşdirilməsində, gənclərin texniki elmlərə daha dərindən yiyələnməsində, gələcəyin bacarıqlı, hazırlıqlı, yüksək intellektə malik mühəndis kadrlarının hazırlanmasında öz qüvvə və bacarıqlarını əsirgəmirlər.Universitet Qadınlar Şurasının sədri, dosent Gülşən Rzayevanın rəhbərliyi altında onlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Azərbaycan konstitusiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlardan yararlanırlar.Sonra Azərbaycanın tanınmış müğənnilərinin ifalarında konsert proqramı təqdim olunub.Azərbaycan Respublikasının Əməkdar artıstləri Cavanşir Məmmədov, Firuzə İbadova və başqaları bir-birindən həzin nəğmələr ifa ediblər.Tədbirdən sonra iştirakçılar tələbələrin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rəsm sərgisi ilə də tanış olublar.Daha sonra universitetin həyətində tələbələrin təqdimatında flashmob keçirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.