AzTU Elmi Şurasının növbəti iclası olub Təhsil » AzTU 1 марта 2017 2017-ci il martın 1-də Azərbaycan Texniki Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. İclası AzTU-nun rektor əvəzi Xalıq Yahudov açıb və iclasın gündəliyi ilə iştirakçıları tanış edib.İclasda universitetin Elm və texnika üzrə prorektoru İlham Pirməmmədov və universitetin Tədris hissə müdiri Zəkay Şayevin 2016-2017-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi yolları haqqında hesabat məruzələri dinlənilib və çıxışlar ətrafında müzakirələr aparılıb.İclasda iştirak edən AzTU-nun İctimai Şurasının sədri Şahlar Əsgərov və İctimai Şurasın üzvü Etibar Əliyev çıxış edərək müzakirə olunan məsələlərə öz fikirlərini bildiriblər.Daha sonra Elmi Şuranın katibi Ziyafət Kərimov kafedralarda boş olan vəzifələri tutmaq üçün (professor və dosent elmi adı almaq üçün) müsabiqəyə təqdim olunan namizədlər haqqında məlumat verib. Elmi Şura üzvləri müsabiqəyə təqdim olunan namizədlərə gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.