AzTU-nun gənc müəllimi və tələbələri “İlin gənci” adına layiq görülüb Təhsil » AzTU 3 февраля 2017 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi “İlin gənci” nominasiyası üzrə AzTU-nun 1 müəllimi və 2 tələbəsi qalib olub.“İlin gənci” adına layiq görülənlər AzTU-nun “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının baş müəllimi Allahverdi Şərifov, “Avtomatika və kompyuter texnikası” fakültəsinin magistrantı Təbriz Hacıyev və Universitetin SABAH mərkəzinin tələbəsi Əli Məmmədzadədir.Qaliblərə AzTU-nun Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin diplomları və pul mükafatı təqdim olunub. Qalibləri biz də ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.