20 Yanvar faciəsini 27-ci il dönümünə həsr olunmuş dəyirmi masa AzTU, QHT 20 января 2017 2017-ci il yanvarın 19-da Azərbaycan Texniki Universitetinin “Kitabaların Uçotu və Komplektləşdirmə Şöbəsi” və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi (GVİİM) ilə birgə Qanlı 20 Yanvar faciəsini 27-ci il dönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. AzTU-dan "ZiM.Az"-a bildiriblər ki, tədbir zamanı şöbə müdiri Zöhrə Məmmədova həmin günlə bağlı universitetdə təhsil alan tələblərin şəhərin küçələrində mövqe tutmaqları üçün necə canfəşanlıq etdiklərinin şahidi olaraq gənclərə təsüratlarını bölüşmüşdür. Daha sonra GVİİM-in direktoru Vüqar Əliyev bir gənc olaraq gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində və milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə tutulan divanın, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanların vəhşicəsinə qətlə yetirilməsində söhbət açmışdır. Tədbirdə Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunmuş və Qanlı 20 Yanvar faciəsini əks etdirən kitablardan ibarət stend yerləşdirilmişdir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.