AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub Təhsil » AzTU 17 октября 2016 Azərbaycan Texniki Universitetdə 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub.ZiM.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkib. Xalıq Yahudov bildirib ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu dövlətçilik ənənələrinin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb. Lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub.Azərbaycanın 1993-cü ildə siyasi çəkişmələrə, vətəndaş qarşıdurmasına səhnə olduğunu vurğulayan Xalıq Yahudov deyib ki, həmin dövrdə ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik, anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Ölkə tədricən parçalanmaq həddinə çatmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi.AzTU-nun İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov isə çıxışında dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını qeyd edib. Ulu Öndərin zamanında imzalanan atəşkəs müqaviləsini böyük siyasi çeviklik olduğunu deyən Şikar Qasımov müstəqil Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hər an gücünə güc qatdığını vurğulayıbÇıxışlarda qeyd edilib ki, Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.