Ukrayna Dəmiryol Akademiyasının rektoru AzTU-da olub Təhsil » AzTU 8 сентября 2016 Sentyabrın 8-də Ukrayna Dəmiryol Akademiyasının rektoru, professor Sergii Panchenko Azərbaycan Texniki Universitetində olub.Ukraynalı qonaqları Universitetin tədris işləri üzrə prorektoru Xalıq Yahudov qəbul edərək Universitetin “Nəqliyyat” fakültəsində tədrisin və imtahanların gedişi haqqında məlumat verib.Daha sonra Ukrayna Dəmiryol Akademiyasının rektoru, professor Sergii Panchenko rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verib və AzTU-da müasir təhsilə uyğun şəraitin olduğunu qeyd edərək bu Universitetlə daha yaxından əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.Toplantıda elm, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr və doktorantların mübadiləsi haqqında müzakirələr aparılıb. Eyni zamanda müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrini yaratmaq üçün fikir mübadiləsi aparılaraq gələcəkdə bu məsələlərlə əlaqəli əməkdaşlıq müqaviləsinin ilkin razılığı əldə edilib.Görüşdə AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov, “Nəqliyyat” fakültəsinin dekanı Fazil Həsənov və həmin fakültənin “Dəmiryol nəqliyyatının istismarı” kafedrasının müdiri Heybətulla Əhmədov iştirak ediblər.Sonda qonaqlar laboratoriya və imtahan otaqlarını gəzib, AzTU ilə yaxından tanış olublar.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.