AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ XALIQ MÜƏLLİM!.. AzTU, Təbriklər 14 августа 2015 REDAKSİYADAN: Bu gün Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru, tanınmış iqtisadçı alim, Əməkdar müəllim, «Qızıl qələm» mükafatı laureatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru,dosent Xalıq Məcid oğlu Yahudovun Ad günüdür.Biz də çox hörmətli Xalıq müəllimi Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda hələ 2013-cü ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunmuş bir məqaləni oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI.Həyatda xeyirxah, işdə tələbkarAğıl və kamalı ən qiymətli xəzinə hesab edən Xalıq Yahudov otuz ildən yuxarıdır ki, Azərbaycan Texniki Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. O, XVI əsr məşhur fransız riyaziyyatçısı, fizik və filosofu Blez Paskalın "Elm sənin məsləhətçindir, mülayimlik dostun, ağıl yolgöstərənin, dözümlülük komandirin. Bu 4 amilin sayəsində həyatda öz yerini tuta bilərsən!" aforizmini hər tədris ilinin əvvəlində tələbələrə söyləyir.Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xalıq Məcid oğlu Yahudov 1946-ci il avqustun 14-də Zaqatala rayonunda anadan olmuşdur.Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) məzunu olan dosent Xalıq Yahudov 1981-ci ildən Azərbaycan Texniki Universitetində çalışır. Bu illər ərzində Xalıq müəllimdə ixtisas üzrə dərin bilik, geniş dünyagörüşü, səbr və təmkin, pedaqoji ustalıq formalaşmışdır.Xalıq müəllim hesab edir ki, biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər, ya sahilə çırpılıb parçalanar, ya da tufana düşüb batar!Xalıq Yahudov xaraktercə sadə, təvazökar, mülayim, əməkdaşlara qarşı həssas və qayğıkeş münasibət göstərən bir insandır. O, eyni zamanda işdə son dərəcə tələbkardır, öz vəzifə borcunu vicdanla, şərəflə, ləyaqətlə yerinə yetirməyənlərə güzəştə getmir.Onun fikrincə, vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır. Rus sərkərdəsi Suvorovun "Pul qiymətlidir, insan həyatı ondan da qiymətlidir, vaxt isə hər şeydən qiymətlidir!" fikrini tədris prosesində pedaqoqlara və tələbələrə tez-tez xatırladır.Xalıq müəllim hesab edir ki, ən böyük elm müdriklikdir, ən böyük müdriklik isə xeyirxahlıqdır. Kömək, məsləhət məqsədilə qapısını döyən hər bir pedaqoqa və tələbəyə xeyirxahlıq əlini uzatmağı, onlara maddi və mənəvi dayaq durmağı həyatının şərəf işi hesab edir.Vaxtın dəyirmanında əriyən ömür karvanında ötüb keçən illər onun saçlarına dən salıb. Ağaran hər bir tel pərvazlandırıb müstəqil həyata vəsiqə verdiyi yetirmələrindən ona qalan canlı yadigarlardır!Yunan filosofu Demokritin "Həqiqi dostu olmayanın yaşaması da mənasızdır" aforizmi Xalıq müəllimin həyat prinsiplərindəndir.Dostları Xalıq Yahudovu başlarının tacı hesab edirlər. Xalıq müəllim hesab edir ki, var-dövlət dost deyil, dost isə var-dövlətdir. O, qayğıkeş ata, gözəl ailə başçısıdır. Həyatından artıq sevdiyi iki övlad və üç nəvəsini ulu Tanrının ona ən böyük bəxşişi hesab edir.70-dən çox elmi məqalənin, dərs vəsaitinin, dərsliyin və metodik materialların müəllifi olan Xalıq müəllim 1986-1988-ci illərdə Azərbaycan Televiziyasında silsilə verilişlər aparmış, Azərbaycan Sovet Ensiklopediyasında çap olunmuş iyirmiyədək məqaləni tərtib etmişdir.X.Yahudov müntəzəm olaraq dövri mətbuatda çıxış edir, "Qızıl qələm" mükafatı laureatıdır. O, "Xalqın nüfuzlu ziyalısı" və media mükafatlarına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir. Elm və təhsildəki xidmətlərinə görə 2012-ci ildə Millətlər Birliyinin İctimai Mükafatlar üzrə Şurasının Beynəlxalq Mükafatlar İttifaqının "Vəzifə və Şərəf" ordeni ilə təltif olunmuşdur. 2013-cü ildə X.Yahudov Türk Dünyası Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının fəxri professoru seçilmişdir.Azərbaycan Texniki Universitetinin tədris şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Z.Şayev: "XII əsr məşhur Suriya yazıçısı Əbul Fərəc yazır ki, əsl səxavət çətin vaxtlarda ehtiyacı olanlara kömək etməkdən ibarətdir. Xalıq müəllimi tələbə və müəllim kollektivi ona görə çox sevir ki, o, onlara təmənnasız kömək edən böyük ürək sahibidir".Azərbaycan Texniki Universiteti nəqliyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent F.Həsənov: "Əsl elm rəğbət və ya nifrət tanımır, onun yeganə məqsədi həqiqətdir. Həqiqət hakimi isə ürək yox, ağıldır. Xalıq müəllim verdiyi qəti qərarları dəfələrlə ağılın süzgəcindən keçirən, tükənməz həyat eşqinə malik, laqeydliyə, biganəliyə, nadanlığa nifrət edən, öz səhvlərindən peşiman olmuş tələbələrin göz yaşlarından kövrələn alicənab ziyalı, öz xidməti vəzifəsini vicdanla yerinə yetirən rəhbər işçidir".Xalıq müəllim istedadlılar üçün mayak, istedadsızlar üçün keçilməz səddir. O, elmdə, təhsildə heç vaxt güzəştə getmir.X.Yahudov tələbələrə polad və misilsiz iradəyə malik olmağı tövsiyə edir və bu məqsədlə N.Ostrovskinin "Polad necə bərkidi", Q.Xəlilovun "Yaşamaq istəyirəm", C.Londonun "Həyat eşqi" əsərlərini təkrar-təkrar oxumağı məsləhət görür.Kamil alim, ustad müəllim,Vətənə bağlı ziyalı olan Xalıq Yahudovun həyatı ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır, təkrarsız örnəkdir. Ramiz İSGƏNDƏROV,AzTU-nun "Sənaye iqtisadiyyatı və menecment" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor,Namiq ŞÜKÜROV,AzTU-nun baş müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru"Azərbaycan müəllimi" qəzeti, 5 İyul 2013 - №25. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.