MAHİRƏ NAĞIQIZINA TƏŞƏKKÜRNAMƏ ADPU, Bolus 4 декабря 2016 75 0 1 2 3 4 5 TƏŞƏKKÜRNAMƏƏziz və dəyərli dostlar, çox hörmətli izləyicilərimiz!..Bir el deyimilə sözümə başlamaq istəyirəm: "Əl tutmaq Əlidən qalıb". Hədislərin birində göstərili ki, hər bir müsəlman, hər bir Allah bəndəsi din qardaşlarının qayğısına qalmalı, müşkül işlərində yardım etməli, kömək əlini uzatmalıdır. Belə bir missiyanı soydaşımız, ADPU-nin "Azərbaycan dili" kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mahirə Nağı qızı Hüseynova yerinə yetirib. O, özünün elmi və bədii kitablarını - "Ulu ondərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir", "Ulu öndərimizin natiqlik məharəti", "XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası", "Aşıq və el şairlərinin leksikası", "Haqqa çağıran səs", "Azərbaycan poeziyasında "dağ" obrazı", "Alim təfəkkürünün itiliyi", "Dərdi dərin Həsən Mirzə", "Sözün hikməti", "Bayatılar və 3 şeir", "Bayatılar" kitablarını Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) kitab fonduna hədiyyə edib. Əziz və hörmətli alim bacımız Mahirə xanım Nağıqızı, biz Borçalıları həmişə diqqətinizdə saxladığınıza, qayğı göstərdiyinizə görə BAMM-nin və "Ümid" qəzetinin əməkdaşları adından Sizə dərin təşəkkürümüzü bildirir və "Çox sağ olun", "Allahın nəzəri Sizin üzərinizdən əskik olmasın", "Elmi və bədii yaradıcılığınızda uğur və nailiyyətlər arzulayırıq".Əziz və hörmətli Mahirə xanım Nağıqızı, Sizin sağ əliniz Azərbaycan Respublikasının əlaqədar nazirliklərinin, imkanlı iş adamlarının, xeyriyyəçi insanların başına olsun.Əlixan YƏHYAOĞLU,Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) rəhbərivə "ÜMİD" qəzetinin Baş redaktoru.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.