Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub ADPU, "Şərqin səsi", Təbriklər 19 июня 2021 TƏBRİK EDİRİK!.. Dəyərli qələm dostumuz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşı,fəal ictimaiyyətçi,YAP Quba Rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini,İnklüziv təhsil üzrə təlimçi,"Qızıl Qələm" mükafatı laureatı,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,çox hörmətli Nəhayət Məhəmməd qızı Şirinova bu günlərdə "Zirvə" İnformasiya Mərkəzinin, "ZiM.Az" saytının, "Şərqin səsi" qəzetinin və "Borçalı" nəşriyyatının Quba bölgəsi üzrə xüsusi nümayəndəliyinin rəhbəri təyin olunub.Bu münasibətlə hörmətli Nəhayət xanımı ürəkdən təbrik edir,ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,əmək və ictimai fəaliyyətində, eləcə də, ədəbi-bədii yaradıcılığındayeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az Qeyd edək ki,Nəhayət Məhəmməd qızı Şirinova - 1981-ci il yanvarın 6-da Quba rayonundakı Tülər kəndində ziyalı ailəsində dünyaya göz açıb.ADPU Quba filialının əməkdaşıdır.Fəal ictimaiyyətçidir.YAP Quba Rayon Təşkilatının Qadınlar Şurasının sədr müavinidir.İnklüziv təhsil üzrə təlimçidir.Ailəlidir, 3 övladı var.Nəhayət Məhəmməd qızı həm də poeziya vurğunudur. Hələ orta məktəb illərindən şeirlər yazır.Şeirləri və publisistik məqalələri müntəzəm olaraq"ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında,"Şərqin səsi", "Elm və təhsil", "Ziya" və s. müxtəlif mətbuat orqanlarında,"Buta", "Zirvə", "Vətən", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Rəvan"ədəbi məcmuələrində,"Poeziya çələngi" və s. poeziya antologiyalarında dərc olunub. "Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatıdır."XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.Bir neçə dəfə Fəxri Fərmanla təltif olunub.Biz də Nəhayət xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az Azərbaycan!Adınla bağlıdır bütün zəfərlər,Ey odlar diyarım, Azərbaycanım!İgidlərin yolunda can verərlər,Ey gözəl diyarım, Azərbaycanım!Adın sanın bəllidir hər millətə,Az yaşınla çatmışam bu ülfətə,Örnək oldun sən minlərlə dövlətə,Sən ey qalib yurdum, Azərbaycanım!Ulu Heydər dühasından güc aldın,Müstəqillik zirvəsinə güc aldın,Zəfərinlə sən dünyaya səs saldın,Qalibiyyət yurdu, Azərbaycanım!Sərhədləri aşdı səsin, sorağın,Qan tökməyə yoxdur sənin marağın,İlham Əliyevdır Ali Baş Komandanın!Qələbə müjdəli, Azərbaycanım!ANAAdın müqəddəsdir, adına qurban,Ömrünü bizlərə sərf edən Anam.Halal zəhmət ilə böyütdün bizi,Bizə həyat verən mehriban Anam.Qəlbinə dəysək də sən hey “can” dedin,Bizə bizdən də çox yananım Anam.Öz canını sən bizə qurban verdin,Bizə həyat verən mehriban Anam.Ömrün uzun olsun, canın sağ olsun,Arzumdur ki, anam hət an var olsun.Ürəyin bizlərdən fərəhlə dolsunBizə həyat verən mehriban Anam.Yuxusuz gecənə qurbanam, Ana,Bizimlə rəng qatdın sən öz dünyana.Borcumdur ki, hər cəfana dayanam,Bizə həyat verən mehriban Anam.QUBAAdın-sanın səs salıbdı hər yana,Cənnət məkan olan diyarım Quba.Şimal paytaxtısan sən bu ölkənin,Xoş gəlir sorağın, sənin ay Quba.Şah dağından ilham aldım daima,Xınalığın gözəlliyi bir yana.Minarədə tamaşaya dayanaHər gələn qonağın, sənin ay Quba.Ağ çay ilə Qara çayın bacıdır,Baxıram hər tərəf bağdır, bağçadır,Təngaltı dərəsi bir tamaşadır,Nurludur çırağın, sənin ay Quba.Bir tarix qalası deyim mən sənə,Səlnamə yazmısan sən bu cahana,Qəcrəşin havasın çəkdim sinəməAdına qurbanam sənin ay QubaQIZIMIN TOY GÜNÜNƏSən ömür bağçamda açan çiçəksən,Arzumdur xoşbəxt ol hər zaman qızım.Həyatda nə qüssə nə qəm görəsən,Kaş bəxtin yazılsın qızıldan, qızım.Bu gün başladığın bu yeni yolun,Sənə sevgi dolu çələng yetirsin.Arzumdur yarınla çox xoşbəxt olun,Həyat sizə xoş müjdələr yetirsin.Sən mənim gözümə tək dolan sevinc,Sən dünya içində dünyamsan qızım.Sən ilk növbaharım, sən ilk baharım,Xoşbəxtlər xoşbəxti olasan, qızım.Güllərdən gözəlsən, şirin sözlümsənÜrkək baxışlımsan, gözəl gözlümsənDövlətim, varımsan cah cəlalımsanBəxtin də donun tək ağ olsun, qızım. Axtarıram mən Sənsiz keçən günüm, gün deyil ömrüm,Sənli günlərimi axtarıram mən.Sənə bir zamanlar dediyim ,gülüm,Şirin sözlərimi axtarıram mən.Mən oldum səninçün haqqa əl açan,Sənin görüşünə quş təki uçan.Tanrıya səninçün yüz yol əl açan,Göydə əllərimi axtarıram mən.Danış bir yalançı söylədiklərim,Sənlə bir olmağdı yalnız istəyim.Bil hər an sızlayır, fəqan ürəyimSənli illərimi axtarıram mən.Sanki yox olubdur,o, günlərimiz,Yetim tək boynunu bükdü sevgimiz,Üst-üstə düşmədi istəklərimizO, nakam qisməti axtarıram mən.Hara baxıramsa səni görürəm,Sənin xəyalınla qala görürəm,Qalada şahzadə səni görürəm,İtkin xəyalları axtarıram mən.Əlimi tutmağa əl tapmıyanda,Qəlbimi odlayan dil tapmıyanda,Heç kəsin yanında yer tapmıyanda,Heyy səni gəzirəm, axtarıram mən!Hey səni gəzirəm, axtarıram mən! Ürəyimi açıramSirli ürəyimi sənə açıram,Qəlbimin niskili boşalsın deyə.Riyadan, yalandan uzaqlaşıramQorxuram gün gələr başımı əyər.Gözümün gülüşü aldadır səni,Mən kədər yeyirəm çörək yerinə.Özüm də bilmirəm necə dözürəm,Sinəmdə daş vurur, ürək yerinə.Gah dönür həyatım zülmət gecəyə,Ömür yollarında gah sökülür dan.Soyuğ ocağımı isitsin deyəBir çırağ görünür sanki uzaqdan.Elə bil həyatım nağıl kimidir,Bax hər kəs dinləyir mənim dilimdən,Ay dostlar, bəlkə siz deyəsiz bilimMən hara üz tutum fikrin əlindən?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.