ADLI TƏQAÜDÇÜ

REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Arzular insan qəlbinin ən möhtəşəm, ən təravətli duyğusu, insan fəaliyyətinin gələcəyə doğru inkişafının parlaq dan ulduzudur. O elə nurlu səhərdir ki, onun şölələri bahar günəşinin şəfəqləri tək aləmi nura qərq edir, təbiətin ecazkar gözəlliyinə yeni bir can verir. Bu xoş arzular insan qəlbinin taleyinə nəsib olduqda daha qiymətli, daha təravətli görünür...
ADPU-nun filologiya fakültəsinin beşinci kurs, 501-ci qrup tələbəsi İlhamə Bayramovanın arzuları kimi...


İlhamə hələ Tovuz rayonundakı Əlimərdanlı kənd orta məktəbində oxuduğu illərdən meylini ancaq kitablara salıb, elm öyrənməyi özünə adət edib. Orta məktəb müəllimləri İlhamənin parlaq gələcəyi olacağına ümid bəsləyib həmişə onu nümunə göstəriblər.
İlhamənin valideynləri də qızının bu şərəfli yolda inamla addımladığına sevinib, ona münasib bir peşə seçməyi öz aralarında ölçüb-biçsələr də... İlhamə öz arzuları ilə yaşayıb, gündən-günə zəngin ədəbiyyat aləminə daha yaxından bağlanıb, ictimai fənləri özünə məsləkdaş seçib. O, orta məktəbi bitirib sənədlərini ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə təqdim edib. İmtahanlardan uğurla çıxsa da, İlhamənin bəxti gətirməyib, yəni müsabiqədən keçə bilməyib. Bu, İlhaməni heç də ruhdan salmayıb. O, kitablarla daha yaxından ünsiyyət bağlayaraq öz üzərində daha çox çalışıb. 1987-ci ildə sənədlərini APİ-nin (indiki N.Tusi adına APU-nun) filologiya fakültəsinə verib. Bu dəfə imtahanlardan “əla” və “yaxşı” qiymətlər alan İlhamə müsabiqədən keçərək TƏLƏBƏ kimi şərəfli ada layiq görülüb. O, doğma kəndlərinə alnıaçıq, üzüağ qayıdıb. Sevincinin isə həddi-hüdudu olmayıb...
Tələbə İlhamənin qayğılı günləri başlayıb. Dahi Nizaminin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan!” və ölməz Səməd Vurğunun
“Savadsız müəllim!
Bu gülməli ad,
Gələcək günlərə bir təhlükədir!”

- məşhur kəlamlarını özünə deviz seçən İlhamə Bayramova qarşısında məsul vəzifə qoyub:
“Elmin, müəllim sənətinin sirlərinə dərindən yiyələnmək!”
Gərgin əmək, yuxusuz gecələr öz bəhrəsini verib. Semestr imtahanlarından müvəffəqiyyətlə çıxan İlhamə dərs əlaçısı olub. Müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanıb. Kollektiv etimad göstərib, onu adlı təqaüdə namizəd göstərib. İlhamə ona inananların etimadlarını doğruldub, Cəfər Cabbarlı adına təqaüdə layiq görülüb.
İlhamənin dediklərindən:
- Tələbəlik illərimiz çox çətin və tarixi bir dövrə düşüb. Bu çətinliyi dərk etməmək və onun məsuliyyətini öz üzərimizə götürməmək mümkün deyil. Axı, Vətənimizin sabahı bugünkü fidanların, körpə uşaqların olacaq. Bu uşaqları milli, vətənpərvər və sağlam ruhda böyütmək, xalqımızın tarixini öyrətmək, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi onlara aşılamaq, sevdirmək, Vətənə, torpağa məhəbbət oyatmaq biz müəllimlərin qarşısında duran ən böyük və ən mühüm vəzifədir. Mən bu vəzifənin öhdəsindən gəlməyi, gələcək sənətimizin-müəllimlik fəaliyyətimizin başlıca məqsədi və eyni zamanda gələcək arzum hesab edirəm...

İlhamə bacı, arzularınız sadə, gözəl və həm də əzəmətlidir. Bu arzular Sizi gələcəyə, xoşbəxtliyə, səadətə səsləyir...
Arzularınıza qovuşasınız!..

Ç.MÜŞFİQ,
filologiya fakültəsinin V kurs tələbəsi.


“Gənc müəllim” qəzeti, N4 (894),
5 mart 1992-ci il.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlhamə Quliyeva əsl atasının kimliyini açıqladı

İlhamə Quliyeva əsl atasının kimliyini açıqladı

Şou
ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ

ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ

Sumqayıt, Təbriklər
El ağsaqqalı Allahverdi Əhmədov (1947)

El ağsaqqalı Allahverdi Əhmədov (1947)

"XXI əsrin Ziyalıları", Borçalı
PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)

PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)

Müşfiq Borçalı, Rusiya
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

Səhiyyə, Bolus, Darvaz, Təbriklər
80 YAŞIN ASTANASINDA

80 YAŞIN ASTANASINDA

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
AzTU-nun tələbəsi “Azercell”-in tələbə təqaüdünə layiq görülüb.

AzTU-nun tələbəsi “Azercell”-in tələbə təqaüdünə layiq görülüb.

AzTU
Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Köşə yazılar
Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

AzTU
III kurs tələbəsi Vüsal Əliyev - Beynəlxalq əlaqələr üzrə prorektor seçilmi ...

III kurs tələbəsi Vüsal Əliyev - Beynəlxalq əlaqələr üzrə prorektor seçilmi ...

BSU, Bolus
AD GÜNÜN MÜBARƏK, ƏZİZ QARDAŞIM PƏRVİZ CƏFƏR!..

AD GÜNÜN MÜBARƏK, ƏZİZ QARDAŞIM PƏRVİZ CƏFƏR!..

Təbriklər
Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

AzTU, İdman
AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

ADPU, Təbriklər, Turan
Elida Muxayeva: Bu sənəti mənimçün seçiblər

Elida Muxayeva: Bu sənəti mənimçün seçiblər

MEDİA, Köşə yazılar
AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib

AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib

AzTU
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"

"Bizi tanıyaq" mövzusunda təntənəli tədbirin təəssüratları

Sumqayıt, QHT
AzTU-nun SABAH qrupunda AÇIQ DƏRS

AzTU-nun SABAH qrupunda AÇIQ DƏRS

AzTU
Rəy yazın: