ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilibADPU-da hesabat-seçki iclası keçirilibADPU-da hesabat-seçki iclası keçirilib ADPU-da hesabat-seçki iclası keçirilib ADPU-da hesabat-seçki iclası keçirilib 2017-ci il fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Yeni Azərbaycan Partiyasının (YAP)
Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.


İclasda ADPU-nun rəhbərliyi, YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev və ilk ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli
ZiM.Az-a bildirib ki,
iclası giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu YAP ölkəmizin aparıcı siyası qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. 700 minə yaxın üzvü olan YAP böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya Azərbaycanı hərc-mərclikdən, böhrandan, tənəzzüldən xilas edərək sürətli inkişafa aparıb. Cəmiyyətimizin avanqard qüvvəsi olan YAP-ın üzvləri kimi bizim üzərimizə mühüm vəzifələr düşür. Biz ADPU-nun müasir tələblərə uyğun şəkildə fəaliyyətini təmin etmək üçün əzmlə çalışmalı, təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq. Bütövlükdə yüksək təhsilli insanlar cəmiyyəti irəli aparır, inkişaf etdirir. Müasir dövr bilik və bacarqlara olan tələbatı daha da artırıb. ADPU ölkəmizin məktəblərini dərin biliyə, geniş dünyagörüşünə, mill-mənəvi dəyərlərimizə bağlı olan mütəxəssislərlə təmin etməlidir. Ölkə rəhbərliyi bu mühüm, şərəfli və məsuliyyətli vəzifəni bizim qarşımıza qoyub.

Rektor qeyd edib ki, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi xalqımızın həyatında böyük və mühüm hadisədir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatların sürətlənməsinə, böyük miqyas almasına, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edəcək. Rektor universitetin kollektivi adından Mehriban xanım Əliyevanı bu təyinat münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

İclasda YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor Himalay Qasımov təşkilatın 2015-2016-ci illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Professor H.Qasımov hesabat dövründə görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb. Bildirib ki, YAP qısa bir müddət ərzində öz sıralarını xeyli genişləndirib, ümumxalq partiyası kimi məşhurlaşıb. YAP güclü və mütəşəkkil siyasi partiya olaraq Azərbaycanın strateji hədəflərinin müəyyən olunmasında, ölkəmizin dünya miqyasında tanınmasında dövlətimizin mühüm dayağına çevrilib. “Pedaqoqlar” ilk ərazi partiya təşkilatı YAP-ın fəal təşkilatlarından biridir. Hazırda təşkilatın 1000 nəfər üzvü var. Tələbə-gənclərimiz ürəklərinin səsi ilə, böyük inam və həvəslə YAP-ın sıralarına daxil olurlar. Ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi kimi, “YAP bu günün, sabahın və gələcəyin partiyasıdır”.

İclasda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev
“Pedaqoqlar” ilk ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və təşkilat üzvlərinə
yeni uğurlar arzulayıb.

Tədbirdə professor Vilayət Əliyev, professor Buludxan Xəlilov, professor Ədalət Fərəcov çıxış edərək hesabatı qənaətbəxş qiymətləndiriblər.

İclasda təşkilatın sədri və sədr müavinləri, İdarə Heyətinin üzvləri, Səbail rayon təşkilatının XI konfransına nümayəndələr, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.

İclasda partiyaya yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

YAP, Humanitar elmlər
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
ADPU-da

ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla təl ...

ADPU, QHT
Zahid Qaralovun

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimat ...

YAP, Azərbaycan, Borçalı, Başkeçid
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə gö ...

AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə gö ...

AzTU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

Regionlar, YAP
Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Bakı
AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP, AzTU
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Elm
Qara Dəniz İƏT-nın Baş Assambleyasının 47-ci plenar iclası

Qara Dəniz İƏT-nın Baş Assambleyasının 47-ci plenar iclası

MEDİA, Turan, Rusiya
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU

"Bahar Enerji" əməliyyat şirkətində ulu öndərin anım gününə həsr olunmuş ...

UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri ki ...

“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri ki ...

Digər bölmələr
Rəy yazın: