ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin başlanması ilə bağlı konfrans keçirilib Təhsil » ADPU 16 февраля 2017 2017-ci il fevral ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsində magistratura səviyyəsi üzrə əyani formada təhsil alan II tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanması ilə bağlı konfrans keçirilib.ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli ZiM.Az-a bildirib ki, konfransda Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Sonra professor İ.Bayramov II tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanması barədə ətraflı məlumat verərək qeyd edib ki, magistrantların elmi-pedaqoji təcrübəsi mövcud tədris planına əsasən 2017-ci ilin 16 fevral-15 mart tarixlərində ixtisas kafedralarında keçiriləcək. Elmi-pedaqoji təcrübənin səmərəli və metodik cəhətdən keyfiyyətli təşkil edilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Magistrantların elmi-pedaqoji təcrübədə fəal iştirakı məhz Magistratura və doktorantura şöbəsindən, ixtisas kafedrasının müdirlərindən və təcrübə rəhbərlərindən asılıdır. Tədrisin bu mərhələsinə ciddi fikir vermək lazımdır. Sonda magistrantların sualları cavablandırılıb.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.