ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi Təhsil » ADPU 16 февраля 2017 ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında “Aşıq yaradıcılığında işlənən onomastik vahidlərin linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib2017-ci il fevral ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında dosent Məmmədxan Soltanovun “Aşıq yaradıcılığında işlənən onomastik vahidlərin linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib.ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli ZiM.Az-a bildirib ki, müzakirəni giriş sözü ilə kafedranın müdiri, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdiyev açıb, müzakirə iştiraıçılarına dosent Məmmədxan Soltanovun həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında qısa məlumat verib.Sonra söz dosent Məmmədxan Soltanova verilib. Dosent Məmmədxan Soltanov dissertasiya işinin aktuallığı, obyekt və predmeti, elmi yeniliyi, məqsəd və vəzifələri haqqında yığcam məlumat verib, dissertasiya işinin məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb. Bundan sonra, dissertasiya işi haqqında rəylər söylənilib, işin dəyər və mahiyyəti haqqında fikirlər bildirilib, müəyyən iradlar, sual doğuran məsələlər göstərilib.Müzakirə polemika şəraitində keçmiş və dissertasiya göstərilən iradların aradan qaldırılması şərtilə müsbət dəyərləndirilmişdir.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.