Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş mənim qəlbimə dəyəydi..."

Fəxrəddin YUSİFOV - 60

Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..." Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..." Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..." Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..." Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..."
(10 sual - 10 cavab)

Xəbər verdiyimiz kimi,
bu günlərdə ADPU-nun filologiya fakültəsi tələbələrinin sevimlisi olan pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent
Fəxrəddin Yusifov
un anadan olmasının 60 illik yubileyi qeyd olunur.
Uzun illərdir ki, "Ədəbiyyatın tədrisi metodikası" kafedrasında dosent vəzifəsində çalışan Fəxrəddin müəllim təkcə auditoriyalarda deyil, onun hüdudlarından kənarda da şərəfli müəllimlik işini davam etdirmiş, respublika daxilində kurikulum əsasında fənn müəllimlərinin ixtisasının artırılması işində - təlimlərdə bir təlimçi kimi çalışmış, müasir təlim texnologiyalarının tədrisə gətirilməsi işində, ümumtəhsil məktəblərinin dil-ədəbiyyat dərsliklərinin qiymətləndirilməsində, müəllim hazırlığının ən aktual məsələlərinə dair yerli və beynəlxalq səviyyəli elmi konfranslarda fəal şəkildə iştirak etmişdir.
Yubiley münasibətlə biz də belə qərara gəldik ki, müəllimimizlə həmsöhbət olaq və gəncliyi düşündürən bir sıra məsələlərə dair onun da düşüncələrini alaq.

1. Şekspir demişdir ki,
"Mən zamanı xərclədim, indi zaman məni xərcləyir."
Bəs, Zaman sizin üçün nədir?
Zaman yetərlidir, zaman azdır, zaman yetərindən daha çoxdur?...


- Çalışacağam ki, sizin suallarınıza verdiyim hər bir cavabımda səmimi olum. Şekspirə, onun kəlamlarına qarşılğında söz tapmaq bir çoxları kimi mənə çətindir. Amma zaman barəsində mənim də müəyyən düşüncələrim, mülahizələrim vardır. Fikrimcə, zaman çox qüdrətli, əvəzedilməz, amansız və qəddar bir hakimdir. Hər şey ondan asılıdır, o isə heç nədən asılı deyil. Onu tutub saxlamaq, əvəz etmək, dartıb uzatmaq mümkün deyil. Amma onu idarə etmək olar. İnsan istəsə bu zamanı dostlara, sərvətə, şöhrətə, karyeraya, milli-mənəvi dəyərə, səadətə, xoşbəxtliyə, məhəbbətə, nüfuz qazanmağa, həyatda layiqli yer tutmağa və daha nələrə çevirə bilər. Bu çevrilmənin mənfi anlamını da unutmamaq lazımdır. Yəni hər şey insanın öz əlindədir. Bu sənin iradəndən asılı olmayan ZAMAN, bu da SƏN. Onunla necə istəyirsən elə də rəftar et. Bəli, sonda da elə alınmasın ki, sən vaxtı gələndə hiss edəsən ki, zaman səni tükəndirir.
Adətən, insan zirvəyə yaxınlaşanda dönüb arxaya baxmalı olur. Tərəzinin bir gözünə illərin miqdarını, digərinə isə bu illərdə əldə etdiklərini qoyur. Fikirləşir ki, görsün hansı göz daha ağır gəlir. Əgər ikinci tərəf ağır gələrsə, deməli, zamanını hədər yerə xərcləməmişdir. Əksinədirsə, insan təəssüf hissi keçirir, çünki itirilmiş zamanı heç bir şeylə əvəz etmək mümkün olmur. Deməli, ən azından zamanı xərcləməyi bacarmaq lazımdır və bu məsələ mütləq gənclərimizlə müzakirə edilməli, onların zamanla bağlı düzgün qərarlar almasına imkan yaradılmalıdır.

2.Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmançılığını çəkir. Qocalanda peşman olmamaları üçün tələbələrinizə məsləhətləriniz?

- Sizin irəli sürdüyünüz müddəa həyatın normal qaydası sayıla bilər. Kifayət qədər həyati təcrübəyə malik olmayan bir gənc, bir işi etməzdən əvvəl onu nə gözləyəcəyini irəlicədən proqnozlaşdırmayanda tez-tez səhvlər edə bilər. El arasında "əhlət daşı"(ağıl daşı) deyilən bir ifadə var. Elə ki adamın qafası bu daşa dəyir, başlayır bu səhvlərin aradan qaldırılması uğrunda çalışmağa. Əgər gəncliyində fikirləşmədən qərarlar verib və buna görə tez-tez səhvlər edirsə, ətraf onun haqqında məhz etdiyi hərəkətlərinə görə fikir yürüdür. Ola bilsin ki, haqqında daha çox mənfi fikirlər söylənilsin. Axı ömür davam edir... İnsan yaşa dolduqca təcrübə toplayır, əkdiyini biçdikcə, düşünür. Düşünür ki, nədən mən daha irəli gedə və ya üstün ola bilmədim, bunun səbəbi nə oldu? Beləliklə, ömrünün bir neçə ilini məhz onun barəsində yaranmış olan bu fikrin dəyişdirilməsinə sərf etməli olur. Nəticədə illər itirilir, mənəvi qazancın azlığı isə insanı peşmançılığa sürükləyir. Sonrakı peşmançılıq isə faydasız bir işdir.
Deməli, nə etmək lazım gəlir? Təbiidir ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Mən də belə deyərdim ki, bir sözü söyləməzdən, eləcə də işi görməzdən öncə əvvəlcə düşün. Düşün ki, bunları etdikdə səni nə gözləyə bilər, yəni ən pis halı göz önünə gətir. Həmin halla qarşılaşmamaq üçün hansı ehtiyat tədbirlərini görmək olar? Bəs qarşılaşanda necə hərəkət etmək olar? Əgər sən bunlara, ehtiyat tədbirlərinə nə qədər yaxşı hazır olsan, işin gedişində bir o qədər də uğur qazana bilərsən. Deməli, bir işi görməzdən əvvəl onun doğuracağı əks-sədanı diqqətlə ölçüb-biçmək, onun fəsadlarına irəlicədən hazır olmaq lazımdır.
Bu iş bitdikdən sonra sözü də demək, işi də görmək olar.

Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..."3. Ey öz doğma dilində danışmağı Ar bilən
fasonlu ədəbazlar,
Oxşamır ruhunuzu qoşmalar, telli sazlarʔ!
Bunlar qoy mənim olsun.
Ancaq vətən çörəyi sizlərə qənim olsun!


Gənclərimizin öz dilimizə ögey yanaşması Fəxrəddin Yusifovu narahat edirmi? Sizcə, nə etməliyik?


- Ana dilində danışmaq, hələ ana dilindən istifadə etmək bacarığı demək deyildir. Elə adamlar vardır ki, nitqində bir kəlmə də olsun tüfeyli söz(gərəksiz alınmalar – rus, ingilis və başqa dillərdən alınmalar) işlətmir, amma dildən praktik istifadə bacarığına sahib deyil. Deyərdim ki, bugünkü gənclərimizin heç biri doğma dildə danışmaqda çətinlik çəkmirlər. Onların əsas çətinliyi bu dildən praktik istifadə bacarıqlarına sahib olmamalarındadır.
Etiraf edək ki, başları mobil telefonlara qarışan gənclərimizdə artıq nitq qabiliyyəti itməyə başlamışdır. Onlar canlı dialoqa girməkdə, ünsiyyət qurmaqda, fikirlərini başqalarına təlqin etməkdə, fikirlərini ifadə etməkdə, öz mövqelərini müdafiə etməkdə, başqalarını dinləməkdə olduqca çətinlik çəkirlər. Tələbələrimizə bu bacarıqları aşılayan isə elə bir proqram, dərslik və məktəb yoxdur. Kim necə bacarırsa, elə də edir. Bəli, bu günün faciəsi heç də gəncin öz nitqində yersiz əcnəbi sözünü işlətməsində deyil, əksinə doğma dilində yuxarıda qeyd etdiyim keyfiyyətlərdən istifadə edə bilməməsindədir.
"Doğma dilimi sevirəm" demək qətiyyən məsələnin həlli yolu deyildir. Atalar demişkən, "Halva, halva" söyləməklə ağız şirin olmaz. Bunun üçün qol çırmayıb o işi görmək gərəkdir. Zənnimcə, bu gün biz bütün təhsil müəssisələrimizdə gənclərimizə, şagirdlərimizə doğma dildən praktik istiqamətdə istifadə bacarıqlarının aşılanması yolları üzərində daha çox düşünməliyik. Ən vacibi də budur.

4.Romeo : Məgər eşq zərifdir? Yox, yox, düz deyil
Çox kobud, çox qaba, çox qudurğandır
Ürəyə sancılır bir tikan kimidir..


- Çox çətin sualdır. Onun zərifliyi də, tikanlılığı da, sevinci də, əzabı da vardır. Kiminə sevinc bəxş edirsə, kiminə əzab, kədər, qüssə fəlakət gətirə bilir. O, məhz bu müxtəlifliyi ilə dəyəlidir, əlçatmazdır.
Ömür yolunda hər kəs onun bir cürə qonağı ola bilər. Hərənin qəlbində o, özünə bir cür yuva qura bilər. Sevgiyə gözəllik bəxş edən də məhz bu keyfiyyətidir.
Tələbə vaxtlarımızda dostlarımıza deyərdik: -Görüm, səni eşq odunda yanasan? O vaxtlar, bəlkə də, bu sözün fərqində deyildik. Amma çox-çox sonralar anladıq ki, bu nə bəla imiş...
Gənclik, əslində, həm də məhəbbət deməkdir. Məhəbbət də belədir ki, nə onun gəlişindən, nə də gedişindən xəbər tutmaq olur. İnsan o zaman ayılır ki, o artıq bu odun-alovun içərisindədir. Sevgi insan ömrünü mənalı edir. Həyatı onsuz təsəvvür etmək mümkün deyil. Onun nə proqramı, nə dərsliyi, nə də ki kursu var. Hərə bu bəlaya bir cür tuş gəlir; özünəməxsus, fərdi, romantik və emosional çalarda. Mən Sizlərə ancaq sevgi dolu, sevinc dolu ömür sürməyi arzulaya bilərəm. Qoyun Sizin bu sevginiz VƏTƏNƏ, ANAYA, YETİRMƏLƏRİNİZƏ, SƏNƏTİNİZƏ VƏ ÜRƏYİNİZDƏ GİZLƏTDİYİNİZ KƏSLƏRƏ tükənməz olsun.
Uca tanrı daim onun qarşılığını Sizlərə nəsib etsin.

5.Bu bizim ənənəvi sualımızdır. ADPU-da oxuyan filoloqların üstün cəhətləri nədən ibarətdir, sizcə?

- Olduqca səmimi, sadə və düşüncəlidirlər. Gündəlik dərs qayğıları ilə yaşayırlar. Asudə vaxtları az olduqlarından başlarını qaldırıb çox zaman ətraflarına belə baxa bilmirlər. Tənəffüslərdə bir çoxlarının əllərində dəftər, kitab görürəm. Necə də həyəcanla seminar tapşırığını təkrarlamağa çalışırlar!..
Auditoriyamda və fakültəmizdə rastlaşdığım hər bir tələbəmi bir dünyaya tay tuturam. Onların danışıqları da, ədaları da, müdrik görkəm alaraq istənilən problemlər barəsində söylədikləri hər cür mülahizələri də mənə olduqca doğmadır. Əgər onların hansı birininsə üzündə bir balaca kədər görsəm, yanlarından laqeyd olaraq ötüb keçə bilmirəm. Bir neçə gün öncə səhər növbəsində oxuyan tələbələrimizdən birinin necə kədərli vəziyyətdə divara söykəndiyini gördüm. Hiss etdim ki, həmkarlarımdan kimsə onu incitmişdir. Ona cəmi bircə kəlmə söz dedim, kədərini qovmağa çalışdım və xoş ovqatla da ondan ayrıldım. Qoymadım onu kədərin əlində. Axı nə üçün tələbə incidilməli, psixoloji zədə almalıdır? Əgər tələbə nəyi isə düz etməyibsə, ona nöqsanının mütləq mənəvi zədə ilə mi bildirmək lazımdır? Bəs bir müəllim, bir valideyn kimi sənin qayğıkeşliyin harada qaldı? Əgər sən tələbənə qayğı ilə yanaşmayacaqsansa, o səndən gülə-gülə ayrılmayacaqsa, onda hansı müəllimlik keyfiyyətindən danışmaq olar? Axı bu tələbənin ilk növbədə qayğıya, sonra isə öyrənməyə ehtiyacı var? Əgər biz tələbəyə oxumağın, yazmağın, axtarışlar aparmağın yollarını səbrlə öyrətməsək, onda bu işi onlar üçün kim edəcək?
Fakültəmizdə çox gözəl tələbkar, savadlı, saf, zəngin və düşüncəli gəncliyimiz vardır. Onları tanımaq, görmək üçün sadəcə olaraq onlarla bir balaca ünsiyyətə girmək gərəkdir.

6. Müəllim peşəsi şərəfli olduğu qədər də çətin peşədir. Müəllimin gələcəyin müəllimlərinə dərs deməsi nə dərəcədə çətin və şərəflidir?

- Sizin ilk cümlənizdə ifadə etdiyiniz fikirlə tamamilə razıyam. Çətin və şərəfli peşəni seçən hər bir tələbəmiz bizim gözümüzün işığıdır. Psixoloqlardan birinin yazılarında belə bir məqama rast gəlmişdim: müəllimin cəmiyyətə vurduğu zərəri hesablamaq üçün kompyuterə ehtiyac yoxdur. Əgər ölkədə 120 min müəllim çalışırsa, onların hər biri bir ildə bir şagird korlayarsa, bu, bir ilə 120 min nəfər şagird deməkdir. Əgər müəllimin fəaliyyəti 10 il olarsa, 1,2 milyon, 30 il olarsa, onda 3,6 milyon olar. Yəni cəmiyyət məhv olar. Fikir verirsinizmi?...
Bu gün müəllimlər olduqca şərəfli və dövlətimiz üçün vacib bir işin arxasında dururlar. Onların əməyinin nəticəsində sabahın alimləri, siyasətçiləri, dövlət məmurları və s. yetişir. Hal-hazırda müəllim hazırlığı dövlətimizin diqqət yetirdiyi ən vacib sahələrdən biridir. Bu sahənin arxasında dayananlar - Ümummilli liderimiz Heydər Əliyevin dili ilə desək, "orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi, ən lazımlısıdır."
Bu gün müəllimlərin müəllimi olmaq isə iki qat şərəfli və məsuliyyətli bir işdir. Ali məktəb müəllimi dürüst olmalı, şərəfli müəllim adını hər şeydən uca tutmağı bacarmalıdır. O, dövlətinin təhsil siyasətinə dərindən bələd olmalı, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiq olmalı, milli-mənəvi dəyərlərin kamil təbliğatçısına çevrilməlidir. Onun qəlbində yetirmələrinə dərin məhəbbət, başında tədris etdiyi kursun son elmi nailiyyətləri, əməlində isə bu nailiyyətləri tələbələrinə interaktiv yollarla çatdırmaq istəyi olmalıdır. Bu cəhətləri özlərində görənlər, həqiqətən də, hər cür ehtirama layiqdirlər. Göstərilən cəhətlər ulu öndərimizin bizə tapşırığıdır və biz də çalışmalıyıq ki, üzərimizə düşən hər bir vəzifəni layiqincə yerinə yetirək. Bunu edə bilirikmi? Bu suala ən düzgün cavabı isə dünyanın ən saf, ən ədalətli və obyektiv insanları olan Sizlər – tələbələrimiz deyə bilər.

7.Bu sualı digər müəllimlərimizə də ünvanlamışıq. Sizin fikiriniz də maraqlı olardı. ANA dəyərli, müqəddəs varlıqdır. ATA evin dirəyi, başımızın tacıdır. Şair və yazıçılar ANA mövzusuna niyə daha həssas yanaşırlar? Hətta ANAya şeir yazmayanda özlərini günahkar sayırlar, amma ATA mövzusunda bu qədər diqqət və həssaslığı görmürük.

- Məncə, hər şey yerindədir. Peyğəmbərimizin adına çıxılan belə bir hədis vardır. Bir nəfər onun hüzura gəlmiş və soruşmuşdur: İnsan ilk növbədə kimə hörmət etməlidir? Peyğəmbərimiz "anaya" cavabını vermişdir. Bəs sonra kimə sualına peyğəmbərimiz eyni cavabı vermişdir. Üçüncü dəfə də həmin sual veriləndə eyni cavabı təkrar etmişdir. Yalnız sualın 4-cü təkrarında "ataya" cavabını vermişdir. Bu, olduqca ədalətli yanaşmadır. Analar bizim başımız tacı, gözümüzün nurudur. Varlığımızı ona borcluyuq. Həyatı bizə başa salan, yaxşını pisdən ayırd etməyi öyrədən də məhz o olmuşdur. Əgər ana bizim üçün belədirsə, onda sənətkarlarımız da istər-istəməz bu mövzuya daha çox yer verəcəklər. Onlar bizdən fərqli olaraq ana obrazına istənilən qədər poetik libas bürüyə biləcəklər. Bizim analara hər cür hörmət, ehtiram və səcdə layiqdir.
Təbiidir ki, ictimai həyatımızda ataların da öz yeri vardır. Şairlərimizdən biri – Əli Kərim ata haqqında bir şeirində atanın övladlarına sevgisini görün necə də gözəl səciyyələndirirdi:

Sevgisi də soyuq idi, qışda əkini,
Hər bəladan hifz eləyən qalın qar kimi.


Fikir verin, ata sevgisindəki soyuqluq qışda əkini hər bəladan hifz eləyən qalın qarla necə uğurlu müqayisə edilir.
Etiraf edək ki, heç atalar da razı olmazlar ki, ana olan yerdə onlardan daha çox söz açılsın. Analarımızın çəkdikləri əziyyətlər qarşısında bütün sözlər acizdir. Sadəcə olaraq onlarlı günlərimizin, valideyni günlərimizin qədrini bilməyimiz gərəkdir.

8.Fəal interaktiv təlim və tələblərin üstünlüyü... Azərbaycan təhsil sistemi bu təlimə hazırdırmı?

- Nizami Gəncəvidən "Fitnə" mənzum hekayəsini xatırlayın. Orada məşhur bir səhnə var. Fitnə kiçik yaşlarından balaca bir kəli hər gün çiyinlərində qalaçanın qırx pilləkəni ilə yuxarıya qaldırıb, sonra aşağı endirir. Bu hadisə hər gün təkrar olunur. Kəl də günbəgün böyüyür, Fitnə də ona uyğun olaraq güc toplayır. Bu minvalla kəl 200 kiloya çatır, Fitnə də onun həmin pilləkənlərlə qaldırıb-endirməkdə heç bir çətinlik çəkmir. Bu niyə belə olur? Səbəbi hamınıza yaxşı məlumdur. Kəl böyüdükcə, çəkisi artdıqca, ona müvafiq olaraq Fitənin də gücü, qüvvəsi artmağa başlayır. Bu işdən hansı nəticəyə gəlmək olar? Atalar deyir ki, "əzələlər məşqdə böyüyər". İnsanı başqa varlıqlardan fərqləndirən ən üstün cəhət onun təfəkkürə, düşüncəyə sahib olmasıdır. Belə deyək ki, mən bu üstün cəhətimdən istifadə etməsəm, bir işi görməzdən əvvəl onu necə, hansı üsul və vasitələrlə yerinə yetirəcəyimi, bu zaman mənə nələrin mane olacağını, mən həmin maneələrin yaranmaması üçün nələri edəcəyimi, əgər bütün cəhdlərimə rəğmən maneələr mövcud olduqda onu necə zərərsizləşdirə biləcəyimi aydın təsəvvür etməsəm, həyatda uğur qazana bilərəmmi? Baxın ki, fəal (interaktiv) təlim insanlara məxsus olan bu üstünlükdən yararlanmağı bir tələb kimi ortaya qoyur.
Bu təlimlə tanış olan, onun iştirakçısı olan gənclərimiz fakt və hadisələrə öz yanaşma tərzləri ilə fərqlənirlər. Onlar rastlaşdıqları hər bir çətinliyi diqqətlə araşdırır, onu törədən səbəbləri müəyyən edir, sonra onu necə aradan qaldırmaq yolları barədə düşünür və sonra qərar qəbul edərək hərəkət keçir, problemi həll etmiş olurlar.
Bu gün bizə məhz belə bir düşüncəyə sahib olan gənclər gərəkdir. Bunu qəbul olunmuş bir çox rəsmi sənədlər də, həyat da tələb edir. Fəal (interaktiv) təlim gənclərimizi həyata hazırlamaqda, onlarda həyati bacarıqların formalaşdırılmasında olduqca gərəkli vasitələrdən biridir.
Azərbaycan təhsili bu təlimin tətbiqinə hüquqi baxımdan çoxdan hazırdır. Əsas problem kadrların bu işin öhdəsindən necə gəlməsindədir. Təəssüf ediləsi haldır ki, hələ də bəzi müəllimlərimiz bu işin həyata keçirilməsində biganəlik göstərir, interaktivliyin mahiyyətinə kifayət qədər bələd olmadıqlarından tələbələrimizi inkişafdan, həyatın tələblərindən geridə qoyurlar. Amma bu məsələ də yavaş-yavaş öz həllini tapacaqdır. Çünki bu sahədə dövlətimizin mövqeyi birmənalıdır, son dövrlərdə qəbul olunan bir çox rəsmi sənədlər də bu işin - fəal (interaktiv) təlimin irəliləməsini vacib bir tələb kimi qarşıya qoymuşdur. Dövlətimiz razı ola bilməz ki, həyati bacarıqların formalaşdırılması işində gənclərimiz müasir dünya təcrübəsindən kənarda qalsın. Bu gün təhsilin məzmununun yeniləşməsi, müasir təlim texnologiyalarının tədrisə gətirilməsi zamanın tələbidir.

9. Tələbələrə arzularınız...
- Xoşbəxtlik, ailə səadəti, sənətinə, şagirdlərinə, vətənə sevgi dolu mənalı, səmimi və düşüncəli bir ömür yolu sürmələrini arzulayıram. Tələbələrimə başqa bir arzumu da Böyük Nizaminin sözləri ilə demək istərdim. Şair deyirdi:

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.


Gənc dostlar, Nizami Gəncəvinin dediklərindən belə nəticə çıxarmaq olar ki, güclü olmaq istəyirsənsə, elmin daşlı-kəsəkli yolları ilə səbrlə irəliləmək lazımdır.
Onu da əlavə edərdik ki, mövqe qazanmaq istəyirsənsə düşün, hər şeyi hesabla və qərarını ver. Belə olanda uğur həmişə sənin yanında olacaqdır.

Fəxrəddin Yusifov: "... tələbəmin ayağına toxunan daş  mənim qəlbimə dəyəydi..." 10. Fəxrəddin müəllim, son olaraq nəyi əlavə edərdiniz?

-Tam səmimiyyətlə deyirəm: hər bir müəllim auditoriyasının "köləsi" olmalı, onun qarşısında baş əyməlidir. Tələbələrinin həyata hazırlanması işində onların ehtiyacını qarşılamalı, onlarla nəfəs almalı, onların sevincini öz sevinci, kədərini də öz kədəri bilməlidir. Mən sidq ürəkdən həmişə istəmişəm ki, kaş tələbəmin ayağına toxunan daş mənim qəlbimə dəyəydi. Bu mənim yeganə həyat amalım olmuş və bu gün də belə düşündüyümə görə, belə bir seçimə ömrümü həsr etdiyimə görə qürur duyuram.
Hər birinizə dərin hörmət və səmimiyyətlə, Fəxrəddin müəllim.

P.S.: Hörmətli Fəxrəddin müəllimi bir daha
anadan olmasının 60 illik Yubileyi münasibəti ilə
ürəkdən təbrik edir, bizə vaxt ayırıb suallarımızı cavablandırdığına görə ona dərin minnətdarlığımızı bildirir və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
Eltun Şükür ABIŞOV.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İnteraktiv mühazirə peşə  hazırlığının səmərəliliyinin artırılmasında  mühü ...

İnteraktiv mühazirə peşə hazırlığının səmərəliliyinin artırılmasında mühü ...

ADPU
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

ADPU

"Dekan olmaq böyük məsuliyyət tələb edir..."

"SALDO"
Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Məktəblər
Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

ADPU
Dərslik əzbərlənmək üçün deyil...

Dərslik əzbərlənmək üçün deyil...

ADPU
32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

Regionlar, Məktəblər
Keşmə-keşli həyat yolu...

Keşmə-keşli həyat yolu...

"SALDO"
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
Cəmiyyət kurikulumu niyə bəyənmir?

Cəmiyyət kurikulumu niyə bəyənmir?

Məktəblər, Köşə yazılar
Burun əməliyyatı haqqında hər şey

Burun əməliyyatı haqqında hər şey

Səhiyyə
Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar

Publisistika, Müsabiqə
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
Rəy yazın: