“Bank of Baku”-nun nümayəndələri ADNSU-da olub Təhsil » ADNSU 10 января 2017 2017-ci il Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Bank of Baku”-nun idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, “Bank of Baku”-nun idarə heyətinin sədr müavini Eldar Həmidov və bankın digər idarə heyəti nümayəndələri iştirak edib.ADNSU-dan Yusif Ağayev xəbər verib ki, Rektor Mustafa Babanlı ADNSU-da həyata keçirilən tədris prosesindən və eyni zamanda qarşıya qoyulmuş strateji məsələlərdən söz açaraq universitetdə pilot layihə kimi tətbiq olunmağa başlayan “gündəlik təcrübə” proqramından danışıb. Rektor həmçinin tələbələrin gündəlik təcrübə keçməsi və maliyyə sektoruna aid mövzular verilməsi üçün bankla əməkdaşlığa hazır olduğunu vurğulayıb.“Biz Avropa təhsil sisteminə söykənən təhsil vermək istəyirik. Avropa təhsili bu ildən UFAZ-da verilir. Lakin təhsildə islahatlar bununla bitmir. Biz bu ildən pilot layihə kimi gündəlik təcrübə proqramını tətbiq etməyə başlamışıq. Bu layihəni hazırda energetika fakültəsində həyata keçiririk. Bu layihə tələbələri iş mühitinə hazırlamaqla yanaşı ixtisasları üzrə əsas mövzuları mənimsəməyə və uğurlu karyera qurmağa yardımçı olacaq” – deyə rektor, professor M.Babanlı bildirib.ADNSU-nun əməkdaşlıq təklifini yüksək qiymətləndirdiyini deyən “Bank of Baku”-nun idarə heyətinin sədr müavini E.Həmidov ADNSU-nu müştəri kimi yox tərəfdaş kimi gördüyünü bildirib. Bank və maliyyə sektorunda qazandıqları uğurlardan söz açan bank rəsmisi hazırda bu sahədə mövcud olan vakansiyalar və daha çox tələbat olan vəzifələrədən danışıb. Tələbələrə bank sektorundakı vəziyyət və proseslər haqqında məlumat veməyin mühüm olduğunu qeyd edən E.Həmidov bu işdə univeristetə dəstək olmaq istədiklərini diqqətə çatdırıb. E.Həmidov ADNSU tələbələrinə imtiyazlı kartların verilməsi məsələsini də xüsusi qeyd edib.“Bu gün bank sektorunda xüsusilə İT akademiyaların möhkəmlənməsinə çox böyük tələbat var, lakin təəssüf ki İT mütəxəssisləri çox vaxt xaricdən gətirməli oluruq. Hazırda bu sahədə həqiqətən də ehtiyac duyulan vəzifələr var bunlar xüsusən də HR sahəsindədir. Bundan başqa banklarda internet təhlükəsizliyi ən çox ehtiyac olan sahədir. Bütün bunları nəzərə alaraq biz hər cür əməkdaşlığa hazırıq” – deyə E.Həmidov deyib.Görüşün yekununda tərəflər sıx əməkdaşlıq əlaqələri quraraq müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində səy göstərilməsi barədə razılığa gəlib.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.