RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!... Təhsil, Nekroloqlar 11 сентября 2015 Sentyabrın 10-da istedadlı qələm dostumuz, tanınmış jurnalist Sübut Mehdiyevin atası ƏYYUB MEHDİYEV uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Əyyub müəllim ömrünün 40 ilini müəllim, sonrakı illərdə isə xeyirxah və nəcib bir ağsaqqal kimi el arasında xüsusi hörmətə malik bir pedaqoq idi. Vətən həsrətilə döyünən ürəyi vətənsizliyə tab gətirmədi. Gözlərimiz önündə şam kimi əridi. Dərdinə çarə tapılmadı. Onu sevənlər bir müəllim və dəyərli bir ağsaqqalıni itirdi. O, eldən obadan getdi. Vətəndə vətənsiz qaldı...Əyyub müəllimin vəfatı ilə əlaqədar olaraq oğlu Sübut Mehdiyə, eləcə də mərhumun bütün əzizlərinə, yaxınlarına, doğmalarına, qohumlarına kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk...Allah rəhmət eləsin!... Ruhu şad olsun!.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.