= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələrinin 26-ci ildönümü anılıb ŞƏHİDLƏRİMİZ, Biologiya və tibb elmləri, "Zirvə" 20 января 2016 63 Yanvarın 19-da AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 26-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimi Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə xanım Əlizadə açıq elan etdikdən sonra, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. V.Əlizadə 20 yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk oldunğunu qeyd edərək uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsinin ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix oldugunu vurğulayıb. V.Əlizadə: “Qanlı hadisənin ertəsi günü ümümmilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliyyamın başvermə səbəblərini açıqlayıb, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.” Tədbirdə İnstitutun Elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov “20 Yanvar-Xalqımızın qəhrəmanlıq tarixi” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, 20 yanvar Azərbaycan tarixinin həm şərəfli və həm də faciəli tarixi olaraq milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olub. 1990-cı il 20 yanvar günü keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Bakıya sovet hərbi hissələri yeridilərək dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisələrdə xalqımız 133 şəhid verib, 744-ə yaxın insan yaralanıb. E.Novruzov qətlə yetirilən və yaralananlar arasında azyaşlı uşaqların, qoca və qadınların olmasını, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması faktlarını iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə İnstitutun Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Oqtay Mirzəyev, k.e.d. Siracəddin Sərkərov, b.ü.f.d. Xuraman Xəlilova və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək fikirlərini bildiriblər. Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.