Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 24 октября 2022 98 A L I Əslən Borçalı elindən olan, Bakıdakı 220 nömrəli orta məktəbin məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı olmuş, Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə ithaf edirəm. Dostlar, gəlin Alını, biz yaxından tanıyaq,Qorxmaz qəhrəmandır o, onu xalqa tanıdaq.Bilirsiniz kim idi, Alı – Vətən sevdalı,Gözəl Şuşanı görmək, şirin arzu-xəyalı.İki bacının əziz, istəkli qardaşıydı,Təkcə qardaşı deyil, sevimli sirdaşıydı,Ananın həm fərəhi, həm də qüruru idi,Atanın ümidləri, fəxri, uğuru idi.Ocağa bir hərarət, evə yaraşıq idi,Dünya boyda səadət, sönməyən işıq idi.Sakitdi, təmkinliydi, həm də istiqanlıydı,Yurdumuzun vurğunu, sonsuz vətəncanlıydı.Zəhməti, işi sevər, daima çalışardı,Sanki vaxtla-zamanla, inamla yarışardı.Lap kiçik yaşlarından, Alı çəkirdi zəhmət,Kim tər tökərsə əgər, qazanar, xətir- hörmət.Məktəbə gedən zaman, bəli, altı yaşında,Hər bir suala vardı, cavab – onun “başında”.Əlaçıydı, məktəbi, əlalarla bitirdi,Çox çalşmaq, oxumaq, ona, uğur gətirdi.Qəbul olunan zaman, məşhur ali məktəbə;Geofizik olmaq üçün, dedi, çatdım mətləbə.Xoşbəxt idi, necə də... diplomunu alanda, ADNSU-nu bitirib, mühəndis sayılanda.Vətənə qulluq, xidmət, necə müqəddəs işdi,Budur, əsgərlik vaxtı, gəldi, çatdı, yetişdi.Hərbi xidmətdə Alı, möhkəmləndi, bərkidi,Hamı sevirdi onu, cəsur mərdi, igidi.Əsgərlik xidmətini, vurub uğurla başa,Dedi, ən böyük arzum, dərddən qurtulsun Şuşa.Xain düşmənlər ordan, rədd olsun, qovulsun,Bir yolluq yağıların burunları ovulsun.Ürəkdən inaniram, gözəl günlər gələcək,Qarabağ sevinəcək, Şuşamızsa güləcək.Bir gün SOCAR-da işə , qəbul olundu Alı,Xeyir işlər görməkdi, onun məqsəd-amalı.SOCAR Təhlükəsizlik, adlı İdarəsində,İşlədi, xoş sözlər, deyildi, barəsində.Səfərbərlik haqqında, xəbər eşidən zaman,Necə fərəhlənirdi, sevinirdi, bu oğlan.Alı- könüllü idi, yenə mətin əsgərdi,İnanırdı döyüşün, sonu xeyir, zəfərdi.Budur, hücuma keçib, yenə əsgərlərimiz,Azad olurlar bir-bir , kəndimiz, şəhərimiz.Qızğın döyüşlər gedir, bir an döyüş səngimir,Hərə öz yerindədir, heç bir əsgər ləngimir.Dayanmayır Alıgil, bax, necə, vuruşurlar,Olsun, işıqlı gündüz, ya gecə, vuruşurlar.Yalançı, axmaq miflər, nəhayət ki, dağılır,Qorxuya düşüb qaçır, ləyaqətsiz yağılar.Alı necə də qorxmaz, həm də cəsarətliymiş,Doğma elə, obaya bağlı, sədaqətliymiş.Cəbrayılda düşmənlə, qanlı döyüş zamanı,Tanımaq olmayırdı, cəsur, mərd qəhrəmanı.Taleyin qismətidir - pələng kimi bu igid,Əziz canından keçdi, oldu yurd üçün şəhid.Düşməni məğlub edən, ordumuz gəldi qalib, Xalqımız torpağına, elinə oldu sahib.Alı ürəklərdədir, hər bir zaman o sağdır,Nə qədər xalqımız var, Alı yaşayacaqdır.Düşmənin üzərində şanlı zəfər çalınıb,Şərəfsiz düşmənlərdən, gözəl Şuşam alınıb.14.08.2022.Coşqun XƏLİLOĞLU Azərbaycan Yazıçılar Birliyinin üzviZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.