Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020) ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 2 августа 2021 257 Sərxan Eldar oğlu Hacıyev - 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstanın Dmanisi rayonundakı) Qızılkilsə kəndindən idi.Sərxan Hacıyev Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, “MAXE” kimi xidmət göstərib, igidliklə döyüşüb. Təəssüflər olsun ki, 2020-ci il oktyabrın 23-də Füzuli uğrunda gedən doyüşlərdə qəlpə yarası alıb və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Nəşini bir həftə neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub.Allah rəhmət eləsin.P.S.:Sərxan Eldar oğlu Hacıyev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Qobustanda şəhidin doğum günü məzarı yanında qeyd olunub2021-ci il iyulun 8-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Qobustan şəhər sakini Sərxan Eldar oğlu Hacıyevin doğum günü şəhidin məzarı yanında qeyd olunub.ZiM.Az xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidin şərəfli həyat yolundan danışılıb. Qeyd edilib ki, Sərxan Hacıyev 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb. Təəssüf ki, döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Çıxışlarda ötən ilin sentyabrın 27-də başlanan və qırx dörd gün davam edən Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Sərxan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.Şəhidin atası Eldar Hacıyev dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razılıq edib, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. * * *Həmin gün Qobustan Mədəniyyət Mərkəzinin və MKS-nin əməkdaşları da 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qobustan rayon sakini Hacıyev Sərxan Eldar oğlunun doğum günü ilə əlaqədar, şəhidin məzarını ziyarət etmiş və ailəsinə baş sağlığı vermişlər.Allah şəhid eloğlumuza rəhmət eləsin.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.