Şəhid Əhməd Əhmədli - ŞƏHİDLİK ZİRVƏSİ ŞƏHİDLƏRİMİZ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!.... 21 мая 2021 224 “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin ixftixarıdır”. Heydər Əliyev. Əhmədli Əhməd Anar oğlu 2001-ci ilin 20 yanvarında Sabirabad rayonunun Poladtuğay kəndində anadan olmuşdur. Təhsilinin bir qismini Salyan rayonu Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbində,bir qismini isə Sabirabad rayonunu Poladtuğay kəndində Mahir İsmayılov adına tam orta məktəbində almış və 2019-cu ilin 6 yanvarında hərbi xidmətə yollanmışdır.Əhməd haqqında çox söz deyə bilərəm tərbiyəsindən, mərdliyindən, Vətənə olan sevgisindən.Əhməd mərd və cəsarətli gənclərdən biri idi. Vətəninə olan sevgisinə isə söz ola bilməzdi. Deyilənə görə, bir dəfə bir müəllim inşa yazdırırmış. İnşada kim gələcəkdə hansı peşənin sahibi olmaq istədiyini yazırmış.Çox uşaq həkim və ya müəllim yazıb,amma Əhməd tam fərqli "gələcəkdə pilot olmaq istədiyini" yazıb. Bunun səbəbini soruşanda isə cavabında:-Mən pilot olmaq istəyirəm,istəyirəm ki düşmənlərimizi göydən vurub öldürüm-deyib.Əslində arzusuna çatdı, torpaqlarımızın azad edilməsində iştirak etdi,lakin bu sevincini sonda bizimlə bölüşə bilmədi.Müharibədə gördüklərini,şahid olduqlarını,bizə demək istədiklərini fəxr hissi ilə bizə danışa bilmədi, Şəhid oldu... Amma o bizim həmişəlik fəxrimiz oldu. Hərbi xidmətə yollanmağına az qalmış bizə gəlmişdi.Çox sevinirdi.Anamla söhbətlərini eşitdim. Anam zarafata belə bir sual verdi ki: -Qorxursanmı?O isə:-Yox qorxmuram, amma anamdan nigaran qalacağam, - dedi.Ürəyimdə-bu nigarançılıq müvəqqətidir dedim. Amma müvəqqəti deyilmiş. Yanvarın 6-da onu torpağa tapşırdıq. Bu gün mən xalam oğlu ilə fəxr edirəm.Əhmədin Şəhidlik xəbəri gələndə bütün hisslərimi ifadə edən bir şeir yazdım.Şeiri yazanda həm kövrəldim, həm də qürurlandım. Şeirimi böyük məmnuniyyətlə sizə təqdim edirəm.ƏhmədBu elə bir hissdir, elə dərdlidir,Dərdli olsada çox qürurludur,Mən dərdimi sizə deyə bilmirəmDərdimi görən yalnız Allahdır!Hər gün Əhmədi gözləyirəm mən,Hər qapı çalınanda ümidlənirəmMən bunu qəbul edə bilmirəm,Necə Şəhid ola bilər axı Əhmədim,Hələ gənc idi,Əsgər idi O,Gələcəkdi toy,bayram edəcəkdik,Toy,bayram etməyə macal tapmadıq,Çünki fərqli gəldi bu səfər Əhməd,Əhmədin Şəhidlik xəbəri gəldi,Bir metr bayrağa bükülüb gəldi,Hər istəyənə qismət olmayan,"Şəhidlik Zirvəsi"nə yüksəlib gəldi! Rəksanə Ramil qızı MəhərrəmovaZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.