"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı 20 января 2022 204 Tanınmış tədqiataçı-alim və istedadlı jurnalist, Azərbaycan Texniki Universitetinin müəllimi, "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının hələ 1996-2000-ci illərdə nəşr etdirdiyi "BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabının yenidən işlənmiş və əlavələr olunmuş beşinci nəşri bu günlərdə "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. (Kitabın redaktoru və məsləhətçisi Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilovdur.)Kitab müəllifin “Ruhunuz şad olsun, şəhidlərimiz!..” sərlövhəli önsözü ilə açılır. Sonra Azərbaycanımızın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canlarından keçmiş Gürcüstan əsilli qəhrəman oğullarımız, o cümlədən, Qanlı 20 Yanvar faciəsində şəhid olmuş 6 nəfər dəyərli eloğlumuz haqqında ətraflı məlumat verilir:1. Professor İsmayıl Həsən oğlu Mursaqulov (1939, Borçalı, Qızılhcılı, -1990), 2. Rəşid İslam oğlu İsmayılov (1949, Qarayazı, Ağtəhlə -1990), 3. İlqar Hümmət oğlu Əhmədov (1965, Bolnisi, Faxralı -1990), 4. Tenqiz Məmməd oğlu Turabov (1966, Bolnisi, Kəpənəkçi -1990), 5. Ələsgər Yusif oğlu Qayıbov (1966, Qaraçöp, Yormuğanlı -1990), 6. Vəfadar Osman oğlu Eminov (1966, Marneuli, Kirənc Muğanı -1990).Daha sonra Qarabağ uğrunda döyüşlərdə böyük şücaət göstərərək “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülmüş üç nəfər igid soydaşımız haqqında məlumat diqqətə çatdırılır:1. Cəlil Əziz oğlu Səfərov (1962, Marneuli, Leçbəddin - 1992), 2. Vəzir İsa oğlu Sədiyev (1961, Marneuli, Aşağı Qullar - 1993), 3. Eldar Əsgər oğlu Ağayev (1955, Tbilisi -2013. O, həm də "Azərbaycan Bayrağı" orden ilə də təltif olunmuşdur).Kitabda Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş digər dəyərli soydaşlarımızın mənalı ömür yolları da böyük ehtiramla xatırlanır, onlar haqqında geniş və əhatəli məlumatlar oxuculara təqdim olunur:1. Mayor Vaqif Dursun oğlu Musayev (1961, Borçalı, Kürdlər -1992), 2. Canpolad Orucəli oğlu Əliyev (1961-1992),3. Ədalət Cahangir oğlu Əlləzov (1965, Bolnisi, Darvaz -1992),4. Yaşar Vahid oğlu Bədəlov - (1966, Bolnisi, Kəpənəkçi.-1992),5. Elşad Məcid oğlu Budaqov (1973, Bolnisi, Kəpənəkçi, Talıblı - 1992),6. İlqar Zərrar oğlu Mahmudov (1973, Başkeçid, Hüseykəndi -1992, Bakı Şəhidlər Xiyabanı),7. Fariz Şahməddin oğlu Babanlı (1973, Rustavi -1992, Aqstafa Şəhidlər Xiyabanı),8. Yusif İsa oğlu Şirinov (1966, Qaraçöp -1993, -"Azərbaycan Bayrağı" ordeni- Bakı, Şəhidlər Xiyabanı),9. Ramiz Sayad oglu Əliyev(25.08.1968, Bolnisi, Saraclı -15.01.1993, Ağdərədə şəhid olub. Saraclı kənd qəbirsanlığında dəfn olunub),10. Raim Ənvər oğlu Məmmədov (1972, Bolnisi, Darvaz -1993, Bakı Şəhidlər Xiyabanı),11. Aydın Nəbi oğlu Zeynalov (1973-1993),12. Fuad Mürvət oğlu Mirzəyev (1974-1993),13. Nadir Səməd oğlu Əliyev (1958, Başkeçid, Ormeşən -1994, Bakı, Şəhidlər Xiyabanı),14. Ramiz Ümid oğlu Əhmədov (1960, Başkeçid, Kirovisi -1994).15. İlkin Hamlet oğlu Mərdanov (1962-1994)16. İlyas Əbdül oğlu Sədrəddinov (1967, Başkeçid, Şindilər -1994),17. Binəli Həsrət oğlu Musayev (Daşdəmirli) (1968 Bolnisi, Saraclı -1994, Bakı, Şəhidlər Xiyabanı),18. Ədalət Nadir oğlu Gülməmmədov (1970, Bolnisi -1994),19. Elçin Nəbi oğlu Qaranizadə (1973, Bolnisi, Saraclı -1994),20. Akif Mustafayev (1975-1994),21. Əlyar Bəxtiyar oğlu Abdullayev (1957, Borçalı, Kürdlər -1995),22. Mayor Sahib Almaz oğlu Məmmədov (1972, Bolnisi, Darvaz -2002)23. Elşən Vaqif oğlu Məmmədov (1992, Bolnisi, Zol-Güvəc - 2015) 24. Mayor Təbriz Taryel oğlu Musazadə (1981, Başkeçid, Yaqublu. - 2016, Bakı, Fəxri Xiyaban) və başqaları.Kitabda müəllif onu da qeyd edir ki, 1990-cı illərdə Gürcüstanda milli münaqişə zamanı Borçalı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız olmuşlar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı həmin illərdə doğma torpağın, müqəddəs yurdun və xalqın rifahı uğrunda dörd cavan oğlunu şəhid vermişdir. Kitabda Arıxlı şəhhidləri kimi adlarını tarixə yazmış həmin dörd nəfər şəhid haqqında məlumat da oxucuların diqqətə çatdırılır:1. Yusifov Tapdıq Suleyman oğlu (1954-1993), 2. Yusifov Nəsib Əhməd oğlu (1958-1993), 3. Əhmədov Arif Əhməd oğlu (1963-1993),4. Əliyev Tengiz Məhəmməd oğlu (1972-1994).Daha sonra isə müəllif Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuş 1990-cı illəri xatırlayır, qeyd edir ki, ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxilində çaxnaşmaya və nəhayət müharibəyə səbəb olmuşdur. Həmin ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar da vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalxmışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlüyünün qorunmasında 500-dən artıq azərbaycanlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər. Onlardan:Ənvər Hümbətov (1950-1994), Zaur Abdullayev (1974-1992), Qəhrəman Musayev (1952), Mustafa Novruzov (1971) və başqaları haqqında da kitabda geniş məlumat verilmişdir. Kitabın sonunda isə müəllifin oxuculara “Sözardı” səhlövhəli müraciəti verilmişdir.Müraciətdə müəllif oxuculardan xahiş edir ki, Qarabağ uğrunda döyüşlərdə ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ Gürcüstan əsilli qəhrəman soydaşlarımızdan kimlərsə unudulubsa, onlar haqqında məlumatı elektron ünvana ([email protected]) və ya ZiM.Az saytına göndərsinlər ki, kitabın növbəti nəşrlərində həmin şəhidlər haqqında da məlumatlar dərc olunsun...Heç kim unudulmasın, heç kim yaddan çıxmasın!Unutmayaq ki, Unutsaq, Unudularıq!..Firəngiz İBADOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.