Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!.... 19 января 2018 Bu gün - 2018-ci il yanvarın 19-da Gürcüstanın Saqareco rayonundakı qədim Qaraçöp elində, 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin qurbanları anılıb. ZiM.Az-ın xüsusi müxbiri Qaraçöpdən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kəndin mərkəzində üç il öncə 20 Yanvar - Bakı və 9 Aprel - Tbilisi şəhidlərinin xatirəsinə ucaldılmış və 2015-ci il yanvarın 19-da rəsmi açılışı olmuş abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar, həmçinin abidədə adı həkk olunan Ələsgər Yusif oğlu Qayıbovun əziz xatirəsini də böyük hörmət və ehtiram yad ediblər.Sonra kompleks önündə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və kənd bələdiyyə nümayəndələri çıxış edərək, 20 Yanvar və 9 Aprel faciələrinin həm Azərbaycan, həm də gürcü xalqının yaddaşına əbədi olaraq hopduğunu və qanlı gecədə həlak olan şəhidlərin xatirələrini həmişə əziz tutacaqları barədə ürək sözlərini bildiriblər.Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, azadlıq və müstəqillik uğrunda həlak olan azərbaycanlı və gürcü şəhidlərinin tutduğu şanlı qəhrəmannlıq yolu nəsillərdən-nəsillərə ötürüləcək.Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin səlahiyyətli nümayəndələri - Elçin Məmmədov, Elcan İmamverdiyev və Vüqar Mustafayev, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının Qaraçöp üzrə sədri, el ağsaqqalı Ağabalı Xeyirxəbərov, rayon merinin kənd nümayəndələri və bələdiyyə deputatları - Rizvan Məmmədov, Elşad Qurbanov, Hacıxəlil Sarıyev, İkram Bayramov, İlqar Ocaqverdiyev, şəhid ailəsindən Əmir Qayıbov, qohumlardan Nəriman Qayıbov, Kamal Qayıbov, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər. Sonda qonaqlar 20 Yanvar şəhidi Ələsgər Qayıbovun ailəsini ziyarət ediblər.Şəhidin ailəsində bütün şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.Yaşar ƏSGƏROV,Tbilisi Dövlət Universitetinin tələbəsi,Professor Mədəd Çobanov adına Fəxri təqaüdçü,ZiM.Az-ın xüsusi müxbiri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.