“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası Aprel döyüşlərində qəhrəmancasına şəhid olan pilotlarımızdan biri də Təbriz Musazadədir.

Biz də şəhidin ailəsi ilə görüşmək üçün onun ata evinə yollandıq. Evdə heç kimsənin olmadığını görüb şəhidimizin atası ilə telefon əlaqəsi saxladıq. Məlum oldu ki, şəhid atası darıxdığı üçün Təbrizin məzarını ziyarət etməyə gedib. Bir az gözlədik və evə gələndən sonra şəhidimizin atası Taryel müəllimlə görüşdük:


“Həftədə üç – dörd dəfə məzarını ziyarətə gedirəm...”

“Siz zəng vuranda Təbrizi ziyarət etməyə getmişdim. Qala bilmirəm. Hər həftə üç – dörd dəfə məzarını ziyarətə gedirəm. Təbriz mənim gözümün ağı – qarası bir oğlum idi, o da şəhid oldu. Təbriz 1981 – ci ildə anadan olub. Elə yaşadığımız NZS qəsəbəsindəki 165 saylı orta məktəbi bitirdi. Doğrusu, onun hərbçi olmağını istəmirdik, amma özü israr etdi ki, yox, mən hərbçi olacam. Təbriz bununla da Cəmşid Naxçıvanskı adına hərbi məktəbə qəbul olundu. Oranı bitirdikdən sonra isə Hərbi akademiyada təhsilini davam etdirdi.


“O, məni iki dəfə ölümdən qurtarıb...”

Sonra seçim olanda Hərbi Hava qüvvələrinin zabiti kimi pilot olaraq xidmətə başladı. İlk olaraq "Nasosnı" deyilən yerdə işlədi. Sonra oradan Kürdəmirə yollandı və bir neçə il də orda işlədi. 2005 – ci ildə ailə qurandan sonra isə Qala qəsəbəsinə qayıtdı. İki övladı var. Bizimlə yaşayırdı Təbriz. O, məni iki dəfə ölümdən qurtarıb. Mən özüm iki dəfə ağır əməliyyat keçirmişəm. İndi Təbrizsiz çox çətindi. Əməliyyat olunduğum üçün həkimlər mənə siqareti qadağan etmişdilər.
Amma indi Təbrizdən sonra fikirdən siqaret çəkirəm. Təbrizdən sonra heç ölmək mənim üçün elə də əhəmiyyət kəsb eləmir.


“Dedi ki: “Toydayam, narahat olmayın, gələcəm...”

Təbriz Aprelin 1 – də anasıyla danışdı. Dedi ki: “Toydayam, narahat olmayın, gələcəm”. Biz də inandıq. Aprelin 2 – də bizə xəbər verdilər ki, Təbriz şəhid olub. Biz qohumlardan evə gəlincə gəlib küçədə gördüm ki, adam əlindən küçədə yer yoxdu. Təbrizin cənazəsini aprelin 10 – da gətirdilər. 11 – i isə dəfn edildi. Təbrizdən sonra anası da xəstəliyə düşdü. İndi qohumların evində xəstə yatır. Təbrizgil ailədə iki övladı idilər: ilk övladım Təbriz, sonra isə bacısı idi. Təbriz uşaqlıqdan çox aktiv uşaq idi, övladım olduğu üçün demirəm. İdmana gedirdi. Futbolla məşğul olurdu. Təbriz uşaqla uşaq, böyüklə böyük kimi idi.



İndi təklif olunub ki, Təbrizin adını bitirdiyi 165 saylı məktəbə versinlər. Mən də bir şəhid atası kimi istəyim odur ki, Təbrizin adı yaşasın”.

Taryel müəllim Təbrizin yatdığı otağı onun xatirələri ilə bəzəyib. Paltarlarını, ayaqqabılarını, şəkillərini həmin otaqda saxlayır. Biz də şəhid atasının dəvəti ilə həmin otağa daxil oldub şəhid pilotumuzun həyat yolu ilə tanış olduq.

Sonda şəhidimizin atasına bir daha başsağlığı verib oradan ayrıldıq. Allah şəhidlərimizə rəhmət eləsin.

Vasif Əlihüseyn



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO

Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO

Qarabağ, Təhsil, Başkeçid
Pərviz ƏMİRASLAN:

Pərviz ƏMİRASLAN: "20 Yanvar gecəsində şəhid olma şansım lap çox idi..."

Avropa, Diaspora
Şəhid Babəkin ailə üzvləri ziyarət edildi

Şəhid Babəkin ailə üzvləri ziyarət edildi

Qarabağ
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan, Bolus, Nekroloqlar
ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA  ...

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Mədəniyyət
ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Orxan İsmayılovu andıq

Şəhid Orxan İsmayılovu andıq

Regionlar
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Son nəfəsində atasına  “MƏN ÖLÜMSÜZƏM” deyən  Şəhid Ruhid İslamlının  HƏYAT ...

Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” deyən Şəhid Ruhid İslamlının HƏYAT ...

UNUTSAQ, UNUDULARIQ!....
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Təbriz Musazadə - Yaqublu kəndinin sayca 3-cü, Borçalının ...

MEDİA, Borçalı, Başkeçid
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Azərbaycan, Qarabağ, Başkeçid
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., QHT
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: