ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.

Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər. Ali ixtisaslı həkim və tibb işçiləri qardaş Türkiyə başda olmaqla, ABŞ, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdə həm təcrübə keçmiş, həm də təhsillərini davam etdirmişlər. Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Bakıda fəaliyyət göstərən Azərbaycan Səhiyyə Nazirliyinin “Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu”dur. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.


2013-cü ildən cənab Prezident İlham Əliyevin sərəncamı ilə əsaslı təmirə dayanmış institutun, 2016-cı ilin dekabr ayında ölkənin birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevanın və səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə aşılışı olmuşdur.

Yüksək standartlara cavab verən bu institutun bir hektara yaxın sahəsi vardır ki, burada geniş quruculuq və abadlıq işləri ilə yanaşı, xeyli sayda yaşıllaşdırma işləri də görülmüşdür. İnstitutda vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
İnstitutda bir çox şöbələr fəaliyyət göstərir ki, bunlardan da biri mamalıq şöbəsidir.

Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu şöbədə əməliyyatımı həyata keçirən həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq məni əməliyyata hazırlayan həkimlərim haqqında oxucularıma məlumat vermək istəyirəm.

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ USİ-Doppler şöbəsinin ambulator-dioqnostika USİ həkimi Emin QəhrəmanovETMGİ-nun Mamalıq bölməsinin böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru və eyni zamanda Azərbaycan Tibb Universitetinin Elmlər Doktoru Proqramı üzrə dokttorantı Fatma xanım Hacıyevanın bacarıqlı həkim olmaqlarını oxucuların diqqətinə çatdırmaq istəyirəm. Xəstəxanada əməliyyat öncəsi və əməliyyatdan sonra bu həkimlərin xeyirxah münasibətləri, onların xəstəyə həddindən çox qayğı və diqqət göstərməsi çox təqdirəlayiqdir. Hər iki həkimin uzun müddətdir ki, bu institutda çalışdıqlarını öyrəndim. Həm də tibb bacıları ilə söhbət zamanı önu da nəzərimə çatdırdılar ki, hər iki həkim ixtisaslı, təcrübəli və sayılıb, seçilən həkimlərdəndirlər. Həqiqətən də bu həkimlərin şəfalı əllərinin möcüzəsini özüm əyani olaraq gördüm. Əməliyyatın səhərisi mənim sərbəst gəzməyimə, heç bir ağrı və şikayət etmədiyimə görə belə qərara gəldim ki, bu həkimlərin əllərində doğrudan da bir möcüzə vardır. Bundan başqa, istər Emin həkim, istərsə də Fatma həkim bütün xəstələrə həddindən artıq mülayim münasibət göstərirdilər.
Onlar xəstələri çox diqqətlə dinləyir, ən kiçik problemləri ilə maraqlanır və məsləhətlər verirdilər.
Bu həkimlərin xəstələrə göstərdikləri xoş münasibət məndə bir Azərbaycan vətəndaşı olaraq, qürur hissi oyatdı və mən bu hisslərimi qələmə aldım.

Ölkəmizin gün-gündən inkişaf etməsini, vətənə və xalqa xidmət göstərən, şəfalı əllərin sahibi olan həkimlərini gördükdə fəxr etməyə bilmirsən. Mən bu möcüzənin şahidi olduğum üçün məsləhət görərdim ki, başqa ölkələrə gedib həkim axtarmağa ehtiyac yoxdur. Çünki, hər bir sahə üzrə ölkəmizin tibb ocaqlarında yetərincə savadlı, bacarıqlı, təcrübəli həkimlərimiz vardır. Həm də hal-hazırda bilirik ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinə də cənab Prezident tərəfindən xüsusi diqqət və qayğı göstərilməkdədir.
Cənab Prezidentin səhiyyə ilə bağlı çıxışlarında tez-tez bu sözləri eşidirik ki, “Gələcəyimiz olan körpələrimizin dünyaya sağlam gəlməsi və böyüməsi üçün hər birimiz əlimizdən gələni etməliyik”.
Uşaqlarımızın sağlamlığı keşiyində duran həkimlərimiz bu gün vicdanla balalarımıza qayğı və diqqət göstərirlər.
İnstitutda hamilələr və yeni doğulmuş körpələr şöbəsi də vardır.
Ümumiyyətlə, ölkəmizdə yeni qurulmuş tibb ocaqları gələcəyimiz olan körpələrin sağlam doğulması üçün maddi-texniki bazanın möhkəmləndirilməsi cənab Prezidentin daim diqqət mərkəzindədir.

Bu cəhətdən mən ETMGİ-da gördüyüm qayğı və diqqəti bu gün də hiss etməkdəyəm. Mən institutun təcrübəli və peşəkar həkimləri Emin Qəhrəmanova və Fatma xanım Hacıyevaya, Tofiq həkimə, Tünzalə həkimə, tibb işçilərindən Zeynəb xanıma, Fəridə xanıma, Münəvvər xanıma, Əminə xanıma və digər adını bilmədiyim əməkdaşlara dərin münnətdarlığımı bildirirəm, belə həkim və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. Hörmətli həkimlərimiz, Fatma xanım Hacıyevaya və Emin Qəhrəmanova işlərində daim uğurlar arzulayıram.

Pərixanım MİKAYILQIZI,
ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elmi-Tədqiq ...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elmi-Tədqiq ...

Əsas xəbər, Azərbaycan, Biologiya və tibb elmləri, Sağlamlıq, Səhiyyə, Başkeçid
Təşəkkür və minnətdarlıq

Təşəkkür və minnətdarlıq

Səhiyyə
NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Səhiyyə
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
* * * HÖRMƏTLİ EDİLYA XANIM,

* * * HÖRMƏTLİ EDİLYA XANIM, "ƏMƏKDAR HƏKİM" FƏXRİ ADINIZ MÜBARƏK!.. * * ...

Səhiyyə, Təbriklər
ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

Səhiyyə, "Elm və Təhsil"
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Xeyirxah işin və şəfalı əllərin sahibi

Xeyirxah işin və şəfalı əllərin sahibi

Səhiyyə, "Şərqin səsi", Qarayazı
=  = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın  baş həkimi İsa İslam oğlu Məm ...

= = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın baş həkimi İsa İslam oğlu Məm ...

Səhiyyə
Azərbaycanda tibb sahəsində YENİLİK - Həkim daim yanınızda

Azərbaycanda tibb sahəsində YENİLİK - Həkim daim yanınızda

Səhiyyə
Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Səhiyyə, "Şərqin səsi"
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Səhiyyə

"Memorial Klinik" Tibb Mərkəzi

Səhiyyə, Sağlamlıq, Darvaz, Elanlar
ELNUR MƏMMƏDOV  (1986)

ELNUR MƏMMƏDOV (1986)

Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
Rəy yazın: