Həkim ETİMAD NƏBİYEV (1970) Səhiyyə, Darvaz 13 ноября 2018 17311 Etimad Nəbiyev (1970)Etimad Həsənəli oğlu Nəbiyev - 1970-ci il dekabr ayının 20-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darbaz kəndində dünyaya göz açıb. 1977-ci ildə Darbaz kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1984-cü ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Tümen vilayətinə köçdüyü üçün orta təhsilini Tümen şəhərindəki 29 saylı orta məktəbdə davam etdirməli olub. Etimad Nəbiyev 1987-ci ildə orta məktəbi bitirib və elə həmin il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Tümen Dövlət Tibb İnstitutuna daxil olub, 1993-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib.Etimad Nəbiyev 1993-cü ildən 1995-ci ilə qədər Tümen şəhərinin 2 saylı xəstəxanasında həkim travmatoloq-ortoped vəzifəsində çalışıb.O, 1996-cı ildə Bakıya köçmüş və Azərbaycan Respublikası Elmi Tədqiqat Travmotalogiya və Ortopediya İnstitutunun Uşaq Ortopediya Şöbəsinə həkim travmatoloq-ortoped vəzifəsinə təyin olunmuşdur.E.Nəbiyev keçən vaxt ərzində müvəffəqiyyətli elmi və əməli axtarışlarının nəticəsi kimi, dissertasiya müdafiə edərək, tibb elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür, 2 ixtiranın, 2 səmərələşdirici təklifin və 12 məqalənin müəllifidir. Biz də tanınmış həkim Etimad Nəbiyevə uzun ömür, möhkəm cansağlığı, elmi-tibbi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AZ.(Bax: Müşfiq Borçalı. BORÇALI ENSİKLOPEDİYASI. IV cild. Borçalı həkimləri. Bakı, 2002, səh.178-179.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.