Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979) Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı 30 апреля 2021 Fatimə Rasim qızı Hacıyeva - 1979-cu ildə Bakıda qulluqçu ailəsində anadan olub. Əslən qədim Borçalı mahalındandır.1995-ci ildə Bakıdakı 7 saylı məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsinə daxil olub, 2001-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. 2001-2002-ci illərdə F.Əfəndiyev adına xəstəxananın bazasında olan endokrinologiya şöbəsində internatura kecib. 2005-2007-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq-ginekoligiya kafedrasında kliniki ordinatura keçib və mama-ginekoloq ixtisası alıb. 2008-ci ildə Elmı Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) “Mamalıq“ elm bölməsinə elmi işci vəzifəsinə qəbul olunub. 2008-ci ildə "İnfeksion mənşəli erkən vərdişi düşüklərdə lokal immun göstəricilərin diaqnostik əhəmiyyəti" adlı dissertasiya mövzusu təsdiq edilib.2013-cü ildə həmın mövzunu müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul olub. Fatimə Hacıyeva 2017-ci ildə ETMGİ-nin "Mamalıq" elm bölməsinin böyük elmi işçisi secilib. 2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent elmı adını alıb. Elə həmin ilin iyun ayında ETMGİ-nun "Ginekologiya" şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Hazırda da həmin vəzifədə şərəf və ləyaqətlə calışır. 2 dərs vəsaitinin, 60-dan cox elmi məqalənin müəllifidir. İmgiltərə, Danimarka, İsveç Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub.2011-ci ildə İngiltərənin London şəhərində kecirilən Dünya Mama Ginekilogiya konqresində elmi işinin poster prenzentasiyası "Qızıl medal"a layiq görülüb.2020-ci ildə "Dədə Qorqud Milli Fondu" tərəfindən "Qızıl ürək" medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var. Biz də dəyərli soydaşımız, tanınmış alim-həkim-cərrah,bacarıqlı mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dosent,çox hörmətli Fatimə xanım Hacıyevaya şəxsi həyatında, şərəfli peşəsində, eləcə də, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.