Həkim KAZIM KAZIMOV (1956) Səhiyyə, "XXI əsrin Ziyalıları" 5 октября 2020 Kazım Həmid oglu Kazımov - 1956-cı ildə Tovuz rayonun Qaraxanlı kəndində anadan olub. 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutuna daxil olub. 1982-ci ildən 1993-cu ilə qədər Ali Bayramlının Muğan qəsəbəsində ambulatoriyanın müdiri vəzifəsində çalışıb. Sonra Şirvan şəhərində MŞX-da həkim işləyib.Hazırda Şirvan şəhərində Təcili-Tibbi Yardım stansiyasında çağırışçı-həkim işləyir.Hələ gənc yaşlarından poeziyaya böyük həvəs göstərib. Şeiri çox sevir. Ara-sıra şeirləri və məqalələri yerli qəzet və jurnallarda çap olunur.Biz də Kazım həkimə yeni-yeni uğurlar arzulayırıq!..Tahirə QARABAĞLI,ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.