"Daha 50 nəfəf sağaldı!.." Səhiyyə 12 апреля 2020 ZiM.Az Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən xəbər verir ki, Son 24 saatda Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır."İlk dəfədir ki, sağalanların sayı yoluxanların sayından çoxdur." Hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 250 nəfər müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparılmışdır.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.