Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı Səhiyyə 5 апреля 2020 Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib.ZiM.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib.Aprelin 2-nə olan məlumata görə, Toksikoloji Mərkəzdə metanoldan beşi ölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb.Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları “95%-li tibbi spirt”in gizli istehsalçılarını müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.