UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!.. Səhiyyə, Darvaz 4 января 2017 Nail Əmrah oğlu Ömərov - 1986-cı il fevral ayının 3-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb.1989-1990-cı illərdə Borçalıda baş vermiş məlum olaylardan sonra ailəliklə Bakıya köçməyə məcbur olublar.Əvvəlcə Bakıdakı 109 saylı orta məktəbdə, sonra isə Kimya-biologiya təmayüllü Respublika liseyində orta təhsil alıb.2003-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə daxil oub. 2009-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.2009-2010-cu illərdə Bakıda Mərkəzi Klinik Xəstəxanasında intern keçib.2011-2016-cı illərdə Türkiyənin İstanbul Universitetinin İstanbul tibb fakültəsində "Genel Cerrahi anabilim dalı" da təhsil alıb.Rus, türk və ingilis dillərini bilir.Bir neçə Beynəlxalq elmi jurnalda məqalələri çap olunub.NAİL ÖMƏROV AŞAĞIDAKI SEMİNAR VƏ KURSLARDA İŞTİRAK EDİB:Ulusal laparoskopik cerrahi kongresi 2013, BodrumUlusal cerrahi kongresi 2014, AntalyaCerrahi endokrinoloji mezuniyet sonrası kursu 2014, AntalyaLaparoskopik kolorektal cerrahisi kongresi 2015, St.Gallen, İsviçreUlusal laparoskopik cerrahi kongresi 2015, AntalyaTravma ve acil cerrahi kongresi 2015, AntalyaCerrahi endokrinoloji mezuniyet sonrası kursu 2015, AntalyaLaparoskopik cerrahide yeni ufuklar kongresi 2015, İstanbulLaporoskopik bariatrik cerrahi kursu 2016, İstanbulLaparoskopik kolorektal kursu 2016, İstanbul BU GÜNLƏRDƏ İSƏ NAİL ÖMƏROV DAHA BİR ŞAD XƏBƏRLƏ BİZLƏRİ SEVİNDİRİB: O, Türkiyənin İstanbul Universitetinin İstanbul tibb fakültesində uzmanlıq egitimini tamamlayaraq TÜRKİYƏ CÜMHURİYYƏTİ SAĞLIK BAKANLIĞI (Səhiyyə Nazirliyi) tərəfindən "Genel Cerrahi uzman" adına layiq görüb.Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından dəyərli soydaşımız Nail Ömərovu bu yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.