ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı Səhiyyə 23 декабря 2016 Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans zalında illik hesabat şurası keçirilib. Məqsəd 2016-cı ilin yekunlarına nəzər salmaq, klinikanın illik fəaliyyətinin nəticələri ilə kafedra rəhbərləri və şöbə müdürlərini tanış etmək olub. Toplantını giriş sözü ilə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru, Əməkdar elm xadimi, tibb eilləri doktoru, professor Surxay Hadıyev açıb. O qeyd edib ki ümumiyyətlə 2016-cı ildə klinikanın fəaliyyəti həm tədris, həm de elmi nailliyyətlərinə görə ugurlu olub. Sonra direktorun tədris üzrə müavini professor Davud Pənahov və baş həkimi professor Rauf Aqayev klinikanın fəaliyyəti ətrafında geniş illik hesabat veriblər.Sonda toplantı iştirakcıları bir sıra diskussiya və müzakirələrdən sonra 2017-ci ilin Tədris Cərrahiyyə klinikası ücün daha da ugurlu il olacagına əmin olduqlarını bildiriblər.Biz də başda direktor - çox hörmətli professor Surxay Hadiyev olmaqla, ATU Tədris Cərrahiyyə klinikasının bütün kollektivinə Yeni ildə yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.