Burun əməliyyatı haqqında hər şey

Burun əməliyyatı haqqında hər şey
Nəzmin Musayeva

Plastik və Estetik cərrah

Hər il xarici görünüşünü dəyişdirmək, komplekslərindən azad olmaq üçün minlərcə insan müxtəlif məlumatlar və həkimlər axtarmağa başlayırlar.Bu insanların bir qismi anadan gəlmə burunlarından narahat olur,digər bir qismi isə əksinə sonradan yıxılma və ya zərbə ilə ikinci olaraq qazandıqları burun formalarından narazı olurlar.Bütün bunların nəticəsində ölkəmizdə,eləcə də dünyada ən çox edilən estetik əməliyyat məhz Burun əməliyyatıdır.

Burun üzün tam ortasında yerləşən,ağız,göz,qaş kimi hər kəsin gördə biləcəyi açıq bir sahədə yerləşir.Buna görə də üz gözəlliyinə ən çox təsir edən faktorlardan biri də məhz burnun xarici görünüşüdür.Burun eyni zamanda nəfəsalma,iyləmə,həmçinin də səsimizə xüsusilik gətirməkdə xüsusi bir rol oynayır.Qısacası onu deyə bilərəm ki,burun simaya gözəllik verdiyi qədər,insan orqanizmində mühüm rol oynayır.Yaxşı görünüşü olmayan bir burnun,funksiyaları da olduqca pis vəziyyətdə olur.Yəni əyri olan,burun qanadları içəri çökmüş vəziyyətdə olan bir insan rahat nəfəs ala bilməz və bu burun tıxanıqlığına gətirib çıxarır.

Əməliyyat ilə nələri dəyişdirmək mümkündür?

Əgər burnunuzda qalxaqlıq varsa,bu götürülə bilir.Burun ucunda düşüklük varsa,burun ucu qaldırıla bilir.Burun ucu çox qalxaqsa,normal vəziyyətə salına bilər.Uzun burun qısaldıla,qısa burun isə normal hala gətirilə bilər.Unutmayaq ki,burnum bu şəkildə olsun deyən xanımlar,sizin sifətinizdə hər şey bir-birinə uyğun olmalıdır.Burnunuz qaşlarınızın yaxşı görünməsinə təsir etdiyi kimi,dodaqlarınızla burnunuzun arasındaki məsafə də çox mühüm bir faktordur.

Əvvəlcə gəlin unutmayaq ki,hansısa yaxınınızda və ya tanınmış birində gördüyünüz burnu bəyənərək,eynisini sizin istəməyiniz heç də düzgün bir fikir deyildir.Bu bir növ kimdəsə bir paltar bəyənib eynisini tikdirib geyinmək və sizə yaraşmamağını görmək kimi bir şeydir.Ola bilsin ki,bu kobud bir şəkildə deyilmiş bənzətmədir.Amma bu bir gerçəklikdir.Deməli nə etmək lazımdır?

Şəxsə yaraşan bir burun xarici görünüşünü seçmək lazımdır.

Çoxunuzun gördüyü,*əvvəl və sonra* şəkilləri olur. Profildən çəkilmiş şəkillər daha çox xəstənin burun quruluşunu və dəyişikliyi göstərən xüsusiyyətə malikdir.Bir çox həkimlər bu fotoların üzərində xüsusi proqramlar vasitəsilə burnun əməliyyatdan sonra necə olacağını göstərə bilirlər.Amma bu heç də 100% bu şəkildə olacaq deyə əminlik verə bilməz.Bir də onu deməliyəm ki,həkimlə xəstə arasında xüsusi bir səmimilik olmalıdır.Buna səbəb isə xəstənin həkimə inamlı bir şəkildə əməliyyata girməyidir.Belə ki,həkim xəstəyə *kəsəcəm* və ya *biçəcəm* kimi sözlərini deyərsə,bu artıq xəstədə həkimi qəssab kimi görmək halını yarada bilər. Bu çoxlarınıza gülməli gələ bilər,amma bu bir gerçəklikdir.Burun əməliyyatı üçün ən əsas qanun,mümkün olduğu qədər təbii görünməsidir.
Bir çox xanımların ağlında bu sual var. Görəsən burun əməliyyatı çətin bir əməliyyatdır?

İstər hansı kitabı açırsınızsa açın,istər hansı həkimdən soruşursunuzsa soruşun,bu çətin bir əməliyyat sayılır.Səbəb: Düşünün ki, qığırdaqların, sümüyün, iki boşluğun və nəfəs alma kimi mühüm bir faktorun düzəldilməsi sizə heç də asan gəlməsin və hər burun da,hər sifət kimi fərqlidir.Ən kiçik bir səhv belə, adi bir insan baxışı ilə gözə çarpır. Həm də bunu deməliyəm ki,plastik cərrahiyyə bugün çox irəliləyiş etmişdir. Keçən 10-15 ildə bütün burunlar bir-birinə bənzər halda olsa da, bu gün artıq təbiliyə fikir verilir,bu isə hərədə ayrı bir burun şəklinin yaranmasına gətirib çıxarır. Eyni zamanda həkimin çevikliyi və təcrübəsinin də olmağı xüsusi bir cəhətdir.

Burun əməliyyatı hansı şəraitdə edilməlidir?

Burun əməliyyatı narkoz altında edilməsi mütləqdir.Bəzi həkimlər bunu yerli keyitmə ilə də etdiklərini söyləyirlər. Bu isə olduqca təhlükəli bir şeydir. Bir daha bildirmək istəyirəm ki, insanların üzləri qədər onların orqanizmi də fərqlidir.Bu bir insanda yaxşı alınıbsa,hər kəsdə yaxşı alınacaq deyə bir qanun deyildir.Eyni zamanda bu yerli keyitmə ilə əməliyyat olunanların çoxu,burnunda edilənləri hiss etdiklərini söyləyir, hətta başlarının silkələndiyini belə söyləyirlər. Bu isə psixoloji sarsıntı deməkdir. Ümumiyyətlə burun əməliyyatlarının 2 əsas edilmə forması vardır ki,birincisi açıq burun əməliyyatı, digəri isə qapalı burun əməliyyatıdır.Qapalı üsulda bütün kəsiklər burunun içərisindən edilir. Açıq üsulda isə burun ucundan 3-4 mm kəsik ayrılaraq burun ucu açılır. Bu şəkildə isə burun qığırdaqlarını görərək əməliyyat edilir. Hansı üsulun sizə uyğun olacağını isə həkiminiz qərar verəcəkdir.

Burun əməliyyatından sonra tampon qoyulması şərt deyil, amma qoyulmaması da problemlərə səbəb ola bilər.Burun əməliyyatında mümkün olduğu qədər az və düzgün şəkildə iş görmək əsas prinsipdir.Tamponlar qorxunc bir şey kimi görünməməlidir.Günümüzdə daha çox slikon tamponlardan istifadə edilir ki,bu da olduqca rahat çıxarıla bilir.Bir çox həkim 2 gündə tamponu çıxardır.Əgər xəstə özünü narahat hiss edirsə, bu zaman 1 gün icərisində çıxarıla bilər.Çıxarıldığı zaman da heç də böyük bir ağrı olmur.Sadəcə kiçik bir gizilti hiss olunur.

Gəlin indi ən çox soruşulan suallara cavab verək.

Davamlı olaraq istifadə etdiyim dərmanların əməliyyata təsiri ola bilərmi?

Bəzi dərmanlar anestezi(narkoz)ilə əks təsir göstərə bilər. Buna görə istifadə etdiyiniz bütün dərmanları həkiminə mütləq şəkildə bildirməlisiniz. Xüsusilə aspirin kimi dərmanları əməliyyatdan 1 həftə əvvəl kəsilməlidir.

Xanımların menstruasiya (aybaşı) dövründə əməliyyat olunmaları mümkündürmü?

Bəli,mümkündür. Analizlər aparılarkən isə mümkün qədər bu dövrə düşməməyinə çalışın.

Xəstəxanaya necə bir paltarla gəlməyim lazımdır?

Əməliyyat günü rahat paltarlar geyin. Makyaj etməyin. Aksesuarlarınız evdə qoyun. Mümkünsə düyməli paltarlar seçin. Başdan geyilənləri seçməyin.

Xəstəxanaya ac gəlmək lazımdır yoxsa nəsə yeməliyəm?

Çalışın ən azı əməliyyatdan 6 saat qabaq bir şey yeyəsiniz.

Diqqət! Kişmiş, alma, qayısı, şaftalı, alça, pomidor və xiyar kimi aspirin bənzəri təsir edən qidaları mümkün qədər əməliyyatdan qısa bir vaxt əvvəl istifadə etməyin. Çünki bu qidalar nadir hallarda olsa da, qanamanı artıra bilər.

Burun əməliyyat hansı yaş aralığında edilə bilər?

Bir çox həkimlərin uyğun bildiklərinə əsaslanaraq onu deyə bilərik ki,bu əməliyyat üçün xanımlarda 16-17 yaş,bəylərdə isə 17-18 yaşdan sonra burun əməliyyatı edilməsi mümkündür.

Əməliyyat olmağa qərar verdim. Məni hansı proseslər gözləyir. Nə etməliyəm?

Əvvəlcə müayinə ediləcək,burnunuzun içi, xarici, endoskopik cihazlarla xırdalıqlara qədər baxılacaq, analizlər aparılacaq,üzünüzün müxtəlif formalarda şəkilləri çəkiləcək. Daha əvvəl əməliyyat olunmuş xəstələrin şəkilləri sizə göstəriləcək. Əməliyyat olmağa qərar verərsəniz, sizə gün ayılacaqdır. Amma təbii ki,anestezioloqla mütləq bir görüş olacaqdır.

Burun əməliyyatından sonra eynək istifadə edə bilərəmmi?

Mümkün qədər əməliyyatdan sonra ən az 4 həftə eynək taxılmamalıdır.

Əməliyyatdan sonra günəşə çıxmağın nə kimi təsiri ola bilir?

Əməliyyatdan sonra mümkün qədər günəşlə birbaşa əlaqədə olmaq heç də düzgün deyil. Günəş işığına çıxmaq üçün əməliyyatdan sonra az da olsa olan göyərmələrin tamamilə keçməsi lazımdır. Səbəb: bu göyərmələr günəşin təsiri ilə qalıcı ola bilər.

Burun əməliyyatından sonra üzə bilərəmmi?

Çalışmalısınız ki,bu əməliyyatdan sonra ən az 2 -3 həftə ərzində üzmək, aerobika, velosiped sürmək kimi sevimli məşğuliyyətlərinizdən uzaq durasınız.

Əməliyyat olmağımdan 4 gün küçob və cinsi əlaqə zamanı qan təzyiqim artdı. Burnum zərər görərmi?

Burun əməliyyatlarından sonra ilk 1 həftə beyin təzyiqini artıran vəziyyətlərdən qaçmaq lazımdır.Əks halda,burun qanaması ilə qarşılaşa bilərsiniz.Bu təzyiqi artıran hallar isə bunlardır:asqırma,ağır qaldırma,hıqqanma,düz yatmaq,cinsi əlaqə.

P.S.: Bu xəbər maarrifləndirici bir xəbərdir. Bildiyimiz kimi, bu əməliyyatı çoxu öz istəyi ilə, bir qismi isə müxtəlif qəzalara görə etdirir. Elə isə bizə düşən məlumatlandırmaqdır.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həkim TEYMUR HÜSEYNOV (1948-2023)

Həkim TEYMUR HÜSEYNOV (1948-2023)

Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə sa ...

Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə sa ...

Səhiyyə
Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

AzTU
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
Rəşad QUVALOV:

Rəşad QUVALOV: "Əsil həkimlik Allah vergisidir..."

Səhiyyə, "Şərqin səsi", Bolus
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Azərbaycanda tibb sahəsində YENİLİK - Həkim daim yanınızda

Azərbaycanda tibb sahəsində YENİLİK - Həkim daim yanınızda

Səhiyyə
“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfind ...

“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfind ...

Hüquq
QAZİ KƏNAN BABAYEV

QAZİ KƏNAN BABAYEV

Qarabağ

"OT ÖZ KÖKÜ ÜSTƏ BİTƏR"

Köşə yazılar
Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

YAP, Səhiyyə, Qərbi Azərbaycan
Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Naxçıvan, Səhiyyə, Dünya, Asiya, Diaspora
Növbəti müsahibimiz

Növbəti müsahibimiz "Baku 2017 Əməliyyat Komitəsi"nin direktoru Elçin Səf ...

KUMİR
Yeniyetmələrin  duyğuları

Yeniyetmələrin duyğuları

Köşə yazılar
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

Səhiyyə
İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

Naxçıvan, Sağlamlıq, Səhiyyə, Avropa, Diaspora
Həkim-endoskopist:

Həkim-endoskopist: "Həzm sistemindəki onkoloji patologiyaların erkən mərhə ...

Sağlamlıq, Səhiyyə, Başkeçid, Darvaz
Axı kitab oxumaq mədəniyyətdir!

Axı kitab oxumaq mədəniyyətdir!

Təhsil, Mədəniyyət
Uçurumun kənarında (hekayə)

Uçurumun kənarında (hekayə)

Nəsr, Müsabiqə
Rəy yazın: