* * * HÖRMƏTLİ EDİLYA XANIM, "ƏMƏKDAR HƏKİM" FƏXRİ ADINIZ MÜBARƏK!.. * * * Səhiyyə, Təbriklər 17 июня 2016 Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup tibb işçisə Azərbaycan Respublikasının fəxri adları verilmişdir.“Əməkdar həkim” fəxri adına layiq görülənlər arasında Bakının Yasamal rayonundakı 5 saylı Uşaq poliklinikasının Baş həkimi Edilya Cümşüd qızı Hüseynovanın da adı vardır. Hörmətli Edilya xanımı belə bir Fəxri adla təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək və ictimai fəaliyyətindəyeni-yeni uğurlar arzulayırıq!..Müşfiq MƏDƏDOĞLU.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.