Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”
“Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir.”
Heydər Əliyev.

Səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri də Şirinova Nurlana Nizami qızıdır.


Nurlana Şirinova - 1981-ci il noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur.
Atası Səmədov Nizami muhəndis, anası Səmədova Səltənət xanım isə tibb bacısıdır.
Şirinova Nurlana 1988-1998-ci illərdə Bakıda 159 saylı orta məktəb də təhsil almışdır.
1998-ci ildə ATU-nin müalicə işi fakultəsinə qəbul olmuş və 2004-cü ildə oranı bitirmişdir.
2004-2005-ci illərdəisə M.Məlikov adına 6 saylı kiliniki xəstəxanada internatura oxumuşdur.

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”Gənc həkim Şirinova Nurlana ilk əmək fəaliyyətinə 2007-ci ildən 16 saylı şəhər polikilinikasıda işləyərək başlamışdır.
Polikilinikada ilk illərdə terapeft kimi fəaliyyət göstərmişdir.
2011-ci ildə isə sahə həkimi vəzifəsinə yuksəlmişdir.
Hal-hazırda da 16 saylı şəhər polikilinikasında sahə həkimi kimi fəaliyyərini davam etdirir.

Şirrinova Nurlana 2012-ci ildə həkimlərin sertifikasiyasindan uğurla keçərək bir həkim kimi bilik və bacarığını bir daha sübut etmişdir.

Həmsöhbətim gənc həkim Şirinova Nurlana bildirdi ki,bu sənətə marağı uşaqlıqdan olub. Onun anası Səltənət xanım tibb bacısı olduğundan qızının da bu sənətə marağı artıb. Şirinova Nurlana qeyid etdi ki, bu sənətə gəlişinin anası ilə birbaşa əlaqəsi olub. Belə ki, həkim olmaq anasının ən böyük arzusu olubmuş. Lakin tale elə gətirib ki, Səltənət xanım ailə qurub və bu arzusunu həyata keçirə bilməyib. Lakin həkimlik sənətinə olan marağı onu tərk etməyib. O, ailəli olduğu müddətdə tibb bacısı sənətinə yiyələnib. Ancaq ürəyində bir xal kimi qalan həkimlik arzusunu qızı Nurlanaya aşılayıb, hər zaman onu həkim olmağa həvaəsləndirib və yönləndirib. Şirinova Nurlana da anasının bu arzusunu sevərək və istəyərək həyata keçirib. Bu gün ki, gündə də layiqli bir həkim olmuşdur.

Şirinova Nurlana 2002-ci ildə ailə həyatı qurmuşdur. Hal-hazırda da 2 gözəl qız anasıdır.

Gənc həkim Şirinova Nurlanaya qızlarınızın sizin yolunuzu davam etdirməsini istəyirsinizmi sualını verdikdə cavabında belə dedi: Əlbəttə istərdim. Ancaq onlar həkim olmaq istəmirlər. Mən isə onların seçiminə qarışmıram. Özləri hansı sənəti sevirlərsəona da yiyələnsinlər. Öz seçimlərini özləri etsinlər.
Həmsöhbətim Şirinova Nurlanaya işini nə dərəcədə sevdiyi,önəmsədiyi ilə bağlı sual vererkən mənə aşağdakı kimi cavab verdi: Doğrudur həkim olmaq anamın arzusu idi. Amma bu arzu mənim də arzuma çevrildi. Mən öz işimdən zövq alıram. Fikirləşirəm və həmçinin sevinirəm ki, yaxşı ki, həkim olmuşam. İstəyirəm ki, üzərimdə işləyim və irəliyə gedim. Arzularım böyükdür.
Gənc həkim necə ki, hər bir əsgər general olmağı düşünür, o da baş həkim vəzifəsinə yüksəlmək arzusundadır. Mən də öz növbəm də arzu edirəm ki, genc həkimimiz İnşaallah öz istəyinə çatar.

Şirinova Nurlanaya yönləndirdiyim son sualım belə oldu:

- Əsil həkim necə olmalıdır?
-Hippokrata and içdiyinə görə həkim xəstələrə diqqətlə,gülərüzlə,qayğıyla yanaşmalıdır.İnsanların sağlamlığı həkimin əlindədir. Ona görə də həkimlər işlərinə daha bir məsuliyyətlə yanaşmalıdırlar. Həkim olmaq insanda sənətə, digər insanlara məhəbbət tələb edir. Həkim var ki, dinləməyi bacarmır.Elə xəstələr var ki, onu psixoloji cəhətdən dərmansız müalicə etmək laımdır. Ona görə də həkimlik yalnıızdiaqnoz qoyub müalicə təyin etməkdən ibarət deyil. İlk növbədə həkim dinləməyi bacarmalı, xəstəni həm də ruhi, mənəvi cəhətdən öz danışıqları ilə müalicə etməlidir.

Öz növbəm də qeyid etmək istəyirəm ki, Şirinova Nurlanadan müsahibə alarkən onun gənc yaşının olmasına baxmayaraq həkimlik haqqındakı bu cur səmimi və dəyərli fikirləri,həkimlik sənətinə yanaşma tərzi məni çox sevindirdi.

Mən də deyilənlərə qüvvət olaraq sözümü İbn-i Sinanın məşhur kəlamı ilə bitirmək istəyirəm “Əvvəlcə xəstəliyi deyil, xəstəni müalicə et”.

Ramilə İSAYEVA,
ZiM.Az-ın xüsusi müxbiri.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: